“Yas məclislərində Qurani-Kərim Azərbaycan dilində oxunsun” Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov yas mərasimlərində Qurani-Kərimdən olan ayələrin Azərbaycan dilində oxunmasını məqsədəuyğun hesab edib. Onun fikrincə, belədə insanlar duaların mahiyyətini daha yaxşı anlayarlar:
“Dinimizin əsas kitabı Qurani-Kərimdir. Bu kitab Azərbaycan dilinə tam tərcümə olunub. Ərəb dilində dua oxunanda onu çox adam anlamır. Bu məsələyə də diqqət yetirmək lazımdır. Əgər bu kəlamlar bizə lazımdırsa, qoy, öz dilimizdə deyək ki, hamısı başa düşsün. Məclislərdə oxunan Qurani-Kərimdən ayələr öz dilimizdə oxunsa, daha yaxşı olar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?