Gəncənin Məhsəti qəsəbəsində yerləşən, N saylı hərbi hissəsinin yataqxanasında partlayış baş verib. Gəncə şəhər Yanğından Mühafizə idarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14 radələrində Ağdamdan olan məcburi köçkün Habil Baxşəliyevin məskunlaşdığı mənzildə baş verib.
Qaz sobasının partlaması nəticəsində 26 yaşlı Könül Həsənova, 70 yaşlı Leyla Həsənova, Habil Baxşəliyev və 2 yaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?