Polis kapitanını döymüş Bakı şəhər sakinləri tutulublar. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Rafiq Əliyev və Bayram Abbasov tutulublar.
Onlar yanvarın 29-da polis kapitanı Şahin Dadaşovu xidmətdən kənar vaxtı münaqişə zəminində döyməkdə təqsirli bilinirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?