“UNİMAC Az” MMC-nin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, araşdırma zamanı şirkətin satış təmsilçisi Anar Xəlilzadənin tikinti materiallarının satışından qəbul etdiyi 17.0 min manat vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində və bununla da cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?