Fevralın 3-də Sumqayıt şəhər sakinləri Gülmira Abbasova dəm qazından, Natəvan Yusifova, Fərid Laçınov, Göygöl rayon sakini Lalə Məmmədova dərmandan, Tərtər rayon sakini Leyla Abbasova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Digər məlumata görə, fevralın 3-də Sumqayıt şəhərində yaşayanlar Qabil Həmidov, arvadı Şükufə, gəlini Samirə, nəvələri Sevda və Aytac qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?