Ukraynalı vəkili Bakıya qonaq dəvət edib, daha sonra təcavüz etməyə çalışan azərbaycanlı hüquqşünas artıq gənc xanıma təhdidləri dayandırıb.
Bu barədə məlumatı AzNews.az-a ukraynalı vəkilin kömək üçün müraciət etdiyi təşkilatın - Qadn Krizis Mərkəzinin rəhbəri Mətanət Əziziova verib.
M.Əzizovanın sözlərinə görə, bu barədə informasiya yayıldıqdan sonra hüquqşünas vəkil xanımı narahat etməyib:
“İnformasiya yayıldıqdan sonra Respublika Prokurorluğu, həmçinin Bakı şəhər Prokurorluğu bu hadisə ilə maraqlandı. Ancaq xanım şikayət ərizəsi yazmaqdan imtina etdi. Fikrini də belə əsaslandırdi ki, onun bu məsələni ictimailəşdirməsində məqsəd həmin şəxsi həbs etdirmək olmayıb.
Bu yolla həmin hüquqşünasın onu təhdid etməsinin qarşısını almaq istəyib. İnformasiya yayıldıqdan sonra bu istəyinə nail olub və hüquqşünas onu bir daha narahat etməyib.
Ona zəng etmir, nə sosial şəbəkədə, nə də e-mail vasitəsilə ona mesaj göndərmir. Buna görə də ukraynalı xanım Azərbaycan mətbuatına minnətdardır”.
Sorğu
Yeni dizaynımız necədir?