GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ziya Məmmədovun rəis qohumu problem içində

Ziya Məmmədovun rəis qohumu problem içində

Tarix: 30-12-2012, 11:09 Bölmə :Ölkə Baxış: 1 437
Ziya Məmmədovun rəis qohumu problem içində

Salyanda iş adamı polis rəisinə müharibə elan edib

gundemxeber.az Salyanın polis rəisi Fuad Məmmədli ilə, rayonun iş adamı, əvvəllər polis zabiti olmuş Səxavət Cəfərov arasında qarşıdurma var. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bu qarşıdurma artıq bir neçə ildir ki, davam edir. Mənbənin sözlərinə görə Azərbaycan müstəqillik qazandıqdan sonra, Salyan rayonu narkotiklərin tranzit yollarından biri olub. Belə ki, Azərbaycana daxil olan narkotikanın əsas paylaşma məntəqəsi əsasən Salyan şəhəridir.
Salyanın indiki polis şöbəsinin rəisi Fuad Məmmədli Salyana ilk dəfə polis rəisi təyin olunduqdan sonra rayonun narkobaronlarına qarşı ciddi mübarizə aparmağa başlayıb. Belə ki, uzun illər boyu Salyanda narkotika biznesinə məhz yerli polis zabitləri rəhbərlik edib. Narkotika ticarətinin ən şıdırğı vaxtı isə keçmiş rəis Hamlet Salahovun vaxtında olub.
Fuad Məmmədli isə Salyana birinci dəfə rəis gəldikdən sonra həmin dəstəni polisdən uzaqlaşdırıb və Salyandan narkotikanın bütün ölkəyə həmçinin xaricə daşınmasının qarşısını almaq üçün böyük işlər görüb. Lakin naməlum səbəblərdən həmin vaxt Fuad Məmmədli Salyandan uzaqlaşdırılaraq Qubaya rəis göndərildi. Fuad Məmmədlinin Salyandan uzaqlaşdırılmasından sonra Salyanda narkobiznes yenidən çiçəklənməyə başlayıb. Lakin bir müddət sonra, Fuad Məmmədli yenidən Salyana qaytarıldı və bir çoxlarının planı bununla pozuldu.
Mənbə bildirir ki, hazırda Fuad Məmmədli yenidən Salyanda narkobiznesə qarşı mübarizə aparmaqdadır. Lakin bir qrup insan bütün gücləri ilə Fuad Məmmədlinin Salyandan uzaqlaşdırılmasına çalışır. Mənbə həmçinin bildirir ki, Cənub və Neftçala istiqamətindən narkotikanı zamanında 7 baron qəbul edib və müxtəlif marşurutlarla realizə ediblər. Məhz həmin baronlar Fuad Məmmədli tərəfindən polisdən uzaqlaşdırılıb. Həmin sabiq polis zabitləri isə Fuad Məmmədliyə qarşı planlı olaraq bir neçə ildir ki, iş yürüdürlər.
Mənbənin bildirdiyinə görə Salyanın polis rəisinin bu gün ən böyük problem yaşadığı adamlardan biri məhz keçmiş iş adamı Səxavət Cəfərovdur. Səxavət Cəfərov Fuad Məmmədlidən daha əvvəl polis orqanlarından uzaqlaşdırılsa da, hazırda Salyanın polis rəisinə qarşı müxalifətə o, rəhbərlik edir. Belə ki, mətbuatda saxta araq biznesi ilə əlaqəli olduğu bildirilən Səxavət Cəfərov həmçinin Salyanın iş adamlarından biridir. Onun Salyanda bir neçə şadlıq evi fəaliyyət göstərir. Həmçinin Səxavət Cəfərovun Salyanda topdansatış məntəqəsi də fəaliyyət göslərir və bu topdan satış məntəqəsi vasitəsi ilə bir neçə rayona saxta araq satılır.
Mənbənin bildirdiyinə görə son olaraq Fuad Məmmədli ilə Səxavət Cəfərov arasında qarşıdurma məhz bu məsələnin üstündə olub. Polis rəisinin saxta araq sexlərinə reyd keçirmək istədiyini duyan Səxavət Cəfərov Salyanın Noxudlu və daha bir neçə kəndində yerləşən həmin sexləri bağlamağa məcbur olub. Bildirilir ki, hazırda rayonda qarşıdurma pik səviyyəyə çatıb. Bu qarşıdurmadan kimin qalib gələcəyini isə əvvəlcədən söyləmək mümkün deyil. Qeyd edək ki, Salyanın polis rəisi Fuad Məmmədli Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

Gəray
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səlim Müslümovun qohumu polis rəisi təyin olunur

    Səlim Müslümovun qohumu polis rəisi təyin olunur ...

    25-11-2013, 15:54

  • 
  • BAKIDA 4 RAYONUN POLİS RƏİSİNİN YERİ DƏYİŞDİRİLDİ

    BAKIDA 4 RAYONUN POLİS RƏİSİNİN YERİ DƏYİŞDİRİLDİ ...

    22-12-2014, 21:34

  • 
  • Ramil Usubov yeni rəis təyin etdi

    Ramil Usubov yeni rəis təyin etdi ...

    23-03-2016, 11:45

  • 
  • Ramil Usubov yeni polis rəisi təyin etdi

    Ramil Usubov yeni polis rəisi təyin etdi ...

    3-02-2015, 11:49

  • 
  • Goranboya yeni polis rəisi göndərildi

    Goranboya yeni polis rəisi göndərildi ...

    6-02-2014, 14:18


Təqvim

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Avqust 2022 (112)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu