Bakıda quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 9-da, Bakı şəhər sakini 23 yaşlı Əbülfəz Rəhimov Xəzər RPİ 1-ci PB-yə müraciət edərək bildirib ki, həmin gün saat 16:30 radələrində, Türkan qəsəbəsində iki nəfər naməlum şəxs onu zorla Bakı şəhər sakini Tehran Təhməzova məxsus, «VAZ-2106» markalı avtomobilə əyləşdirərək dəniz kənarına aparıb. Yolda onun əlindən mobil telefonu və təsbehini alaraq bıçaqla hədələyiblər. Həmçinin Ə.Rəhimovdan bir daha qəsəbəyə gəlməməsini tələb ediblər. Daha sonra naməlum şəxslər Ə.Rəhimovu avtomobilin yük yerinə salaraq ünvanını bilmədiyi emalatxanaya aparıblar. Burada saat 17.00-dan 18.00-dək saxladıqdan sonra gənc oğlan sərbəst buraxılıb.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Türkan qəsəbə sakinləri Vilayət Əliyev və Tehran Təhməzov tutulub.
23 yaşlı oğlan Türkan qəsəbəsinə sevdiyi xanımı görməyə gəlibmiş. Əbülfəz Rəhimovun hərəkətlərindən narahat olan qəsəbə sakinləri isə onun gözünü qorxutmaq üçün bu hərəkəti ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?