“Hacıqabul rayonu, Qızılburun kənd orta məktəbində yuxarı sinif şagirdi olan bir məktəbli məktəb direktorunu döyüb”. Bu məlumat bir neçə dəqiqə öncə sosial şəbəkədə yayılıb.
Xəbərdə deyilir ki, məktəb direktoru Nüsrət Rəhimov şagirdlərdən birini sinif yoldaşlarının yanında təhqir edib. Buna dözməyən şagird isə direktoru döyməklə ona bədən xəsarəti yetirib.
Virtualaz.org saytı məsələ ilə bağlı Hacıqabul Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Rayon icra hakimiyyətindən saytın əməkdaşına bildirdilər ki, məsələ ilə bağlı yalnız rayon təhsil şöbəsi məlumat verə bilər.
Təhsil şöbəsindən isə rəhbərliyin iclasda olduğunu dedilər: “Hal-hazırda təhsil şöbəsinin müdiri Şükür Məmmədovun iştirakı ilə iclas keçirilir. Onun xəbəri olmadan isə heç bir məsələyə münasibət açıqlaya bilmərik”.
Hadisədə adı çəkilən Qızılburun kənd orta məktəbinin direktoru ilə əlaqə saxlamaq mümkün olmadı. Mövzuya qayıdacaq və əlavə məlumatlar verməyə çalışacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?