ABŞ prezidenti Barak Obama 2013-cü ildən odlu silahlara dair məhdudiyyət tədbirləri gerçəkləşdirmək niyyətindədir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yerli televiziya kanalına müsahibəsində Obama deyib ki, məktəblərin silahlı mühafizəçi ilə təmin olunmasına dair Milli Atıcılıq Birliyinin irəli sürdüyü təklifə həssas yanaşır.
O, bu qurumun təklifinə amerikalıların çoxunun da həssas münasibət göstərəcəyinə əmin olduğunu söyləyib.
Bir müddət öncə B.Obama müavini Co Baydendən odlu silahla törədilən cinayətlərə qarşı mübarizə aparmaq üçün tədbirlər planı hazırlamağa istəmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?