Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı antisanitar vəziyyətdə saxlanılan 10 tondan çox ət araşdırılarkən dəhşətli faktlar üzə çıxıb
Hadisə Bərdə rayonunda mənşəyi bilinməyən tonlarla ət tapılıb. Respublika Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində antisanitar vəziyyətdə saxlanılan 10 tondan çox ət araşdırılarkən dəhşətli faktlar üzə çıxıb.
Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəisi Yolçu Xanvəlinin ANS PRESS-ə verilən əmlumata görə, tapılan ətin içərisində mal, qoyun və digər heyvanlara məxsus ətlər var. Həmin məhsullar insan orqanizmi üçün olduqca təhlükəlidir. Dəhşət burasındadır ki, həmin ətlərin içərisində 2 ildən artıq kəsilmiş heyvanlar və murdar olan heyvanalrın ətləri də var.
"Seyfəddin Novruzov bu ətləri satış məqsədi üçün saxlayırdı. Onun sözlərinə görə, bazara çıxara bilmədiyi üçün ətləri soyuducuda saxlayırmış hazırda reydlərimiz davam edir. Tapılan ət məhv ediləcək”, - deyə Yolçu Xanvəli bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?