Keçən il kitabxanalardan ən çox ingilislər erotik kitab götürüb
Mədəniyyət İngiltərədə kütləvi kitabxanalardan son 12 ay içərisində erotik və seksual məzmunlu kitab götürülməsi faktı 5 dəfə artıb.
DOGRU.TV ANS PRESS-ə istinadən xəbər verir ki, bu artımda dünyada ən çox oxunan kitablar arasında yer alan E.L. Ceymsin ''Bozun əlli çaları'' (Fifty Shades of Grey) adlı sevgi romanının təsiri olduğu düşünülür.
Statistikaya görə, ''Bozun əlli çaları'' adlı roman keçən il İngiltərədəki kütləvi xalq kitabxanalarından götürülən kitablar arasında ilk üçlüyə girib. Keçən yay xüsusilə də qadınlar arasında böyük rəğbət qazanan roman dünya üzrə kütləvi kitabxanalardan ən çox götürülən kitablar arasında da ilk 10-luğa daxil olub.
Universitet tələbəsi gənc bir qız ilə xarizmatik və zəngin bir iş adamının sevgi münasibətlərindən bəhs edən erotik kitab 52 müxtəlif dildə 90 milyondan çox satılıb. İngiltərədə ən çox götürülən kitablar siyahısının ilk sırasında Li Çildin ''The Affair'' və ''Wanted Man'' adlı kitabları yer alıb. İndiqo Blumun keçən ilin ən çox oxunan erotik romanı olan ''Destined to Feel '' adlı romanı 11 min 700 dəfə götürülüb.
Dünyada bir fenomen halına gələn yazarın ''Bozun əlli çaları'' romanı qısa bir müddət ərzində film kimi ekranlara çıxaсaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?