İxtisaslaşdırılmış Müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb
Hadisə İxtisaslaşdırılmış Müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
ANS PRESS-in Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, İxtisaslaşdırılmış Müalicə müəssisəsində cəza çəkən, Rahim Pənahalı oğlu Əliyevin yanına qısamüddətli görüşə gələn həyat yoldaşı Gülnaz Novruz qızı İsmayılovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilərkən, sellofan çantada olan ərzaq məhsullarının içərisində gizlədilmiş 1 (bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Cin" danışıq kartı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Rahim ƏliyevAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib. Əməliyyta Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?