"Azərbaycan parlamentinin 20 üzvünün nurçularla əlaqəsi olduğunu deyirlər. Bu yanlışdır. Onlar burda ancaq təhsil prosesinə xidmət edir. Konkret başqa iddiaları yoxdur”. Virtualaz.org ANSPRESS-ə istinadən bilsirir ki, bunu parlamentin bugünkü iclasında deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, son günlər Azərbaycan parlamentinə yönəldilmiş bir mövzu süni şəkildə gündəmə gətirilir: “Son dövrlər Türkiyənin həyatında böyük hadisələr olur. Bu da aydındır. Çünki Türkiyə böyük və regional dövlətdir.Onların camaatla olan problemlərini Azərbaycana keçirmək kimi niyyətlər var".
Parlamentin spikeri Oqtay Əsədov isə millət vəkilinə müraciət edərək nə üçün həmişə süni, şər məsələsini parlamentdə qaldırdığını soruşub və "bu parlamentdə danışalası məsələ deyil" deyib.
Daha sonra Z.Oruc bildirib ki, ötən illər ərzində Xocalı faciəsini dərk etmək və xocalıların ağrılarını aradan qaldırılması üçün dövlət yüksək səviyyədə işlər görüb: "Bu sistemli bir iş kimi beynəlxalq miqyasda tanınmağa doğru gedir. Bu bir tərəfdən saxta erməni soyqırımına dirəniş göstərmək üçün ən mühüm hadisədir".
Fazil Mustafa isə Xocalı soyqırımının dünyaya tanıdılması ilə bağlı təkliflər irəli sürüb.
Deputat bildirib ki, Avropa Şurasınnda təbliğatı düzgün qurulmalıdır: "Məsələn, PKK terrorçuları oradakı parlament qarşısında durub Abdulla Öcalanın azad olunması ilə bağlı vərəqələr paylayırdılar. Onu oxumasalar belə alırlar və hadisə xatırlanır. Biz də belə edə bilərik. Bundan başqa, Xocalı faciəsinin ildönümünə az qalmış səfirliklər vasitəsilə bütün ölkələrin nazirliklərinə, baş nazirinə, prezidentinə məktublar göndərə bilərik”.
Millət vəkili Azərbaycan və Türkiyənin birgə hərəkət etməli olduğunu bildirib. Fazil Mustafa Nuru Paşanın Gəncədəki evinin qarşısında baralyefinin qoyulmasını da təklif edib.
Sorğu
Yeni dizaynımız necədir?