Milli Məclisin deputatı Zeynəb Xanlarova parlamentin bugünkü iclasında Xəzər dənizi boyu çəkilən hasarlarla bağlı Nardaran sakinlərinin etirazını çatdırıb.
Z.Xanlarova qəzəbli şəkildə bildirib:
“Nardaran camaatını ayağa qaldırmasınlar. Sağ olsun ölkə başçısını, Nardaran sakinlərinin işıq, qaz problemi var idi. Prezidentə müraciət etdim və saatlarla da olsa, bu məsələ həll olundu. Amma mən çox qorxuram ki, camaat yenə ayağa qalxar. Yenə camaatı ayağa qaldırmayaq. Nardarana Binə yolu ilə gələndə elə evlər tikilib ki, elə hasarlar ucaldılıb ki, mən dünyanı gəzirəm, amma belə şey görməmişəm. Çamaat ağlayır. Deyirlər hər şeyimizi əlimizdən alıblar, dənizimizi niyə əlimizdən alıblar? Sizi oğurlamayacaqlar ki ? Biri var bu hasarı evinin həndəvərində çəkə, biri də var ki, bütün dəniz boyu çəkib. Hasarı niyə çəkiblər? Kimin villasıdır bilmirik. İstəyirlər ki, xalq qalxsın ayağa, külnglərlə sındırsınlar o hasarları? Qaz məsələsi dedim, prezident bu problemə əncam çəkdi. Mən qorxuram ki, camaat ayağa qalsın. Nardaran sakinlər “sən öləsən, mən ölümə” baxmırlar. Bu dənizi almaq olmaz axı? Mən əvvəlcədən deyirəm. Sonra deməsinlər Zeynəb Xanlarova parlamentdə bu məsələni qaldırmadı. Mən sözümü dedim”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?