Qlobal istiləşmə səbəbindən İndoneziyadakı adaların bir qismi sular altında qalacaq.
DOGRU.TV AzNews.az- aistinadən xəbər verir ki, aparılan bir araşdırmaya görə, 2050-ci ilə qədər adalar ölkəsi olan İndoneziyaya aid 1500 adanın sular altında qalacağı bildirilir.
Qeyd edək ki, İndoneziya 17 min 500 adadan ibarətdir. Bu adaların təxminən 6 minində yaşayış var. Ancaq bu adaların bir qismi qlobal istiləşmə səbəbindən önümüzdəki 30-40 il içində sular altında qalacaq. Təxminən 250 milyon əhalisi olan İndoneziyada sakinləri beşdə biri sahillərdən yalnız 3 kilometr uzaqda məskunlaşıb. Bu vəziyyətdə su səviyyəsinin yüksəlməsi insanların məskunlaşdığı sahələrə ciddi mənada təhlükə yaradır.
Sinqapurdakı bir universitetin araşdırmasına görə , İndoneziyanın paytaxtı Cakartadakı Sokarno - Hətta Beynəlxalq Hava limanı 2030-cu ilə qədər okeanın altına qalacaq. 2050-ci ilə qədər isə 1500-dən çox ada xəritədən silinəcək. Adaların sular altında qalması eyni zamanda dənizdəki ekosistemə də ağır zərbə vuracaq. Çünki torpaqlar su altında qalınca sudakı turşu səviyyəsi yüksələcək, bəzi dəniz canlıları yaşaya bilməyəcək və balıq istehsalı ciddi şəkildə azalacaq.
Sorğu
Yeni dizaynımız necədir?