İsa Qəmbər: “Moskvanın Ukraynaya qarşı müharibə qərarları bu ölkənin parçalanması və süqutuna gətirib çıxaracaq”
«2014-cü ilə daxil olarkən bir anlıq 1914-cü ili xatrladım. 1-ci dünya savaşının 100 ili tamam olur. Bu gün-1 martda Rusiya iqtidarının qərarları yenə bu analogiyanı yada saldı. Rəqəmlərin görəsən bəzi beyinlərə həlledici təsiri mümkünmü?» Bu sözləri Müsavat başqanı İsa Qəmbər özünün sosial şəbəkələrdəki hesabında paylaşıb. O qeyd edib: “Hiyləgər Taleyran hansısa siyasətçinin bir addımının cinayət adlandırılmasına cavab olaraq demişdi ki, “bu sadəcə cinayət deyil, daha pis- bu SƏHVdir.” İndi Rusiyanın Ukraynaya qarşı müharibə qərarları qəbul etməsi də yalnız beynəlxalq normaların, çoxtərəli və ikitərəfli sazişlərin pozulması deyil, həm də Rusiyanın özünə dəhşətli zərbələr vura biləcək (parçalanmaya və süquta qədər) ağır səhvdir”. Müsavat başqanı hesab edir ki, Rusiya bu müharibəni qazana bilməz. “Mən Ukrayna xalqının müdrikliyinə, cəsarətinə, dəyanətinə əminəm. Mən Krım tatarlarının dözümünə, fədakarlığına, igidliyinə əminəm. Hər zaman dostlarımızla bir yerdəyik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?