Ağaxan Abdullayevin qardaşının həyat yoldaşı və qardaşı qızı yanğında öldülər
Xalq artisti Ağaxan Abdullayevin ailəsində faciə baş verib. ANS PRESS-in məlumatına görə, görkəmli xanəndənin qardaşının həyat yoldaşı və qardaşı qızı evlərində baş verən yanğında ölüblər. Xanəndənin ASN PRESS-ə verdiyi məlumata görə, 48 yaşlı İbrahimova Tərəvəz və onun qızı 19 yaşlı Abdullayeva Samirə yanğında tüstüdən boğularaq dünyalarını dəyişiblər. Samirə Abdullayeva Sənaye Pedaqoji Texnikumun 3-cü kurs tələbəsi idi. Xatırladaq ki, martın 1-də gecə saat 02-radələrində Bakının Xəzər rayonu Türkan qəsəbəsində mənzildə dəhşətli yanğın hadisəsi baş verib. Hadisə nəticəsində 4 kvm. sahədə olan əşyalar yanıb. Yanğın söndürüldükdən sonra T.İbrahimova və qızı Samirə Abdullayevanın meyiti aşkarlanıb. Allah rəhmət eləsin.
Sorğu
Yeni dizaynımız necədir?