Lənkəran icra başçısının yerli maliyyə şöbəsinin müdiri ilə birgə maxinasiyası
Son zamanlar ayrı-ayrı rayon icra hakimiyyətlərinə ciddi məbləğdə vəsaitlər ayrılır ki, bu da təbii olaraq, bir sıra işbaz məmurların da yeyinti imkanlarını artırmış olur. Bu barədə Lənkərandakı qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, dövlət başçısının sərəncamı ilə 4 milyon manat pul ayrılan Lənkəran rayonunda da vəziyyət eyni qaydadadır. Mötəbər mənbənin bildirdiyinə görə, rayon icra başçısı Taleh Qaraşov həmin vəsaitin böyük bir hissəsini yerli maliyyə şöbəsinin müdirinin usta fəaliyyəti nəticəsində şəxsi büdcəsinə ötürə bilib. Mənbənin söylədikləri: “Onsuz da ayrılan vəsaitin heç də hamısı rayona çatmayıb və böyük miqdarda pul hələ “yuxarıların” süzgəcində ilişib qalıb. Bu da azmış kimi icra başçısı yerli maliyyə şöbəsinin müdiri ilə əlbir olaraq təxminən 1 milyon manata yaxın vəsaiti - 946 min manat pulu mənimsəyib və həmin məbləğin xərclənmə ünvanları ilə bağlı dolaşıq sənədləşdirmə işi həyata keçirilib”. Məlumatı verən qaynaq bildirir ki, artıq bu məsələ o qədər ciddiləşib ki, hətta əlaqədar dövlət qurumlarının da diqqətindən yayınmayıb: “Konkret olaraq maliyyə nazirliyinin ekspertləri baş verən maxinasiyanı təsbit edə biliblər və bu məsələnin görməməzliyə vurulması üçün icra başçısı xərcə düşməli olub”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?