Bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabata istinadən xəbər yayıb Hadisə Milli Təhlükəsizlik Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən olan terrorçuluqla, dini və siyasi ekstremizmlə, eləcə də, ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq təzahürləri ilə mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabata istinadən xəbər yayıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar. Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin istintaqı aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?