Martın 18-də Sumqayıtda dəfn edilən şəhid, Milli Ordunun əsgəri Elvin Çingiz oğlu Həsənovun rəsmi dəfn mərasimində icra başçısı Eldar Əzizovun iştirak etməməsi diqqət çəkib Martın 17-də cəbhə xəttinin Füzuli rayonu istiqamətində düşmənin açdığı atəş nəticəsində şəhid olan milli ordumuzun əsgəri Elvin Çingiz oğlu Həsənov doğulduğu, böyüyüb boya başa çatdığı Sumqayıt şəhərində rəsmi törənlə torpağa tapşırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə müdafiə naziri Zakir Həsənov şəhid əsgərimiz ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edib və medal şəhid əsgərimizin anası Mətanət Əzizqızına təqdim edilib. Şəhidin yaşadığı mənzilin eyvanından Azərbaycan Dövlət bayrağı asılıb, yaşadığı binanın qarşısında isə rəsmi dəfn mərasimi təşkil edilib. Qeyd edək ki, şəhid Elvin Çingiz oğlu Həsənovun dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhidin təhsil aldığı məktəbin kollektivi, hərbi hissənin nümayəndələri, şəhər ictimaiyyəti və müxtəlif təşkilatların rəhbərləri iştirak ediblər. Şəhidin yaşadığı mənzilin eyvanından Azərbaycanın Dövlət Bayrağı asılıb, binanın qarşısında isə vida mərasimi təşkil edilib. Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qarovulun və izdihamın müşayiəti ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanına aparılıb. Şəhid əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Məlumata görə şəhid əsgərimizin dəfn mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun iştirak etməməsi diqqət çəkib. İcra başçısının hansı səbəbdən şəhidimizin dəfn mərasimində iştirak etməməsi məlum olmasa da, bəziləri tərəfindən bu şəhidə qarşı icra başçısının hörmətsizlik nümayiş etdirməsi kimi dəyərləndirilib. Halbuki Prezident Administrasiyasından verilən göstərişə görə, şəhidlərimizin dəfn mərasimində icra başçıları iştirak etməlidir. Lakin Sumqayıtın icra başçısı Eldar Əzizovhəm PA-nın göstərişinə, həm də şəhidə qarşı hörmətsizlik nümayiş etdirərək dəfn mərasimində iştirak etməyib və İcra Hakimiyyətinin ikinci dərəcəli işçilərinin şəhidimizin dəfn mərasimində iştirak etməsi barədə tapşırıq verib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?