Murtaza Karaçanta bütün səslərin 28.4 faizini alaraq Qarsın bələdiyyə sədri olub
Türkiyənin Qars vilayətində Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədi olan Murtaza Karaçanta bələdiyyə seçkisinin qalibi olub. Karaçanta bütün səslərin 28.4 faizini alaraq Qarsın bələdiyyə sədri olub. Bundan əvvəl isə Qars vilayəti hakim AKP-nin idarəsində olub. Murtaza Karaçanta 1961-ci ildə Qarsda dünyaya gəlib. Pensiyaçı bürokrat və mühasib olan Karaçanta həm də Qars bələdiyyə məclisinin üzvü olub. Türkiyə - Azərbaycan münasibətlərini inkişaf etdirmək üçün “Qars – Azərbaycan Mədəniyyət və Həmrəylik” dərnəyini qurub və bu dərnəyin sədridir. Ailəli və 2 övlad atası olan Murtaza Karaçantanın babasının əslən Azərbaycandan olduğu bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?