Azərbaycan daxili işlər orqanının sabiq əməkdaşı “İnterpol” vasitəsilə beynəlxalq axtarışa verilib
Azərbaycan daxili işlər orqanının sabiq əməkdaşı “İnterpol” vasitəsilə beynəlxalq axtarışa verilib. Lent.az-ın məlumatına görə, hazırda ölkədən kənarda olan Tural Məhərrəmov saxtakarlıqda günahlandırılır. Qeyd edək ki, 1982-ci ildə Yevlax şəhərində anadan olmuş T.Məhərrəmov İsveçin paytaxtı Stokholmda yaşayır. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Tovuz, Şəki və Yevlax rayon polis şöbələrində çalışıb, o cümlədən Şəki şəhər-rayon polis şöbəsinin Post Patrul Xidmətinin (PPX) komandiri olub.
Sorğu
Yeni dizaynımız necədir?