Bu gün Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə ilk sınaq imtahanları keçirilir. APA-nın xəbərinə görə, sınaq imtahanları respublikanın 22 şəhər və rayonunda ümumilikdə 62 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 49405 yer ayrılıb, qeydiyyat internet vasitəsilə martın 27-dən aparılıb. Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur. Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?