Ankara ilə Bakının şok hərbi gedişi; Dağlıq Qarabağda hərbi təlimlər keçirməyə hazırlaşan TAKM adlı yeni ortaq ordu olası Rusiya təcavüzünə qarşı hazırlanır; NATO Türkiyəyə böyük mandat verib...
Türkiyə ilə Azərbaycan arasında son vaxtlarda aparılan yüksək səviyyəli müzakirələrin və əməkdaşlığın daha bir ciddi məqamı üzə çıxıb. “Yeni Müsavat”a bəzi diplomatik qaynaqlardan bəlli olub ki, siyasi-iqtisadi sahələrdəki əməkdaşlıqlarla yanaşı, hərbi sferada da ciddi işbirliyi davam etməkdədir. Hətta yaxın vaxtlarda Azərbaycanın sərhəd bölgələrində, o cümlədən də Naxçıvanda ortaq hərbi təlimlər başlayacaq. Bunun üçün xeyli zamandır hazırlıqlar da aparılır. Hərbi təlimlər Dağlıq Qarabağ və işğal altındakı Azərbaycan torpaqlarına yaxın bölgələri də əhatə edəcək. “Yaxın zamanlarda dünya birliyi mühüm hərbi gəlişmələrin şahidi olacaq...” Bu zaman tamamilə mümkündür ki, işğal bölgələrində qısamüddətli xüsusi əməliyyatlar da keçirilsin. Diplomatik qaynaqlardan verilən məlumatlarda iddia olunur ki, Türkiyə Suriyadan kürdlərin və ermənilərin kütləvi olaraq, həm də ailələr və tayfa halında, Dağlıq Qarabağa köçürülməsindən, eyni zamanda, Türkiyə, İraq və Suriyadan PKK silahlılarının bu bölgəyə sızmasından ciddi narahatdır. Üstəlik, bu köçə Azərbaycan tərəfinin bir az soyuqqanlı yanaşması da qardaş ölkəni qıcıqlandırır. Ona görə də Türkiyə istəyir ki, hərbi təlimlər zamanı köç bölgəsinə girilib-çıxılsın, ya da ora raketlər atılsın ki, Dağlıq Qarabağa köç edənlər və orada düşərgə salanlar bölgədə hər şeyin rahat olmadığını anlasınlar; ən azından, köç həvəsi və prosesi dayansın. O da məlumdur ki, terror hörgütü olan PKK-nın Dağlıq Qarabağda düşərgələri və lojistik mərkəzi var. Bir çox PKK üzvləri hətta Ermənistan pasportu ilə təmin olunublar və onun vasitəsilə dünyada sərbəst hərəkət edirlər. Hazırda PKK atəşkəs elan etsə də, onun Türkiyəyə və Azərbaycana qarşı fəaliyyəti qətiyyən dayanmayıb. Hətta PKK-nın silahlı qanadının liderləri də müntəzəm olaraq işğal bölgəsinə baş çəkir və onların telefonlarına Ermənistanın telekommunikasiya şəbəkəsi xidmət edir. "Avropa mediası bu hərbi birliyi “Turan ordusu” adlandırır. Türkiyənin bəzi media quruluşları isə hərbi birlik elan olunan zaman “Osmanlı ordusu dirilir” başlığı atıblar" O da məlumdur ki, dəfələrlə Böyük Millət Məclisinin qərarı ilə Türkiyə ordusu ölkə sərhədlərindən kənarda antiterror əməliyyatları keçirib. Bu dəfə isə bu əməliyyatların ciddi və ortaq hərbi təlimlər adı ilə keçirilməsi nəzərdə tutulur. Çünki birbaşa antiterror əməliyyatı adı altında prosesin getməsi üçün ortaya çox ciddi sübutlar qoyulmalı və beynəlxalq birlik fakt qarşısında qalmalıdır. Üstəlik, beynəlxalq sanksiya da alınmalıdır ki, bu da rəsmən mümkün olan məsələ deyil. Ona görə də Türkiyə, ilk öncə Azərbaycanın, daha sonra da Vaşinqtonun razılığı ilə hərbi təlimlər zamanı Dağlıq Qarabağa “girib-çıxmaq” niyyəti üzrə hazırlıqlara başlayıb. “Yeni Müsavat”a məlum olub ki, 3 ay öncə qeyri-rəsmi olaraq “Turan ordusu”nun mərkəzi Azərbaycana keçirilib. Bunu da səbəbi var - NATO və xüsusi ilə də Amerika Ukrayna hadisələrindən sonra gözlənilən Rusiya hərbi müdaxiləsindən Azərbaycanı Türkiyə ordusu vasitəsi ilə qorumağı qərarlaşdırıb Türkiyənin bəzi media quruluşları isə hərbi birlik elan olunan zaman “Osmanlı ordusu dirilir” başlığı atıblar. Rəsmi təyinatı və mandatına görə, bu hərbi birlik modernləşdirilmiş silah, raketdən müdafiə sistemi, uzun məsafəli raket, döyüş təyyarələri, döyüş gəmiləri, vertolyot və pilotsuz döyüş təyyarələri istehsal etməlidir. Həmçinin, ortaq hərbi birliyə daxil olan ölkələrə hər hansı bir təhdidi olarsa, onların müdafiə işləri də “Turan ordusu”nun vəzifələrindəndir. Ordunun rəsmi adı ölkələrin baş hərflərindən düzəldilən TAKM abrivaturası ilə müəyyənləşib. Ordunun simvolu at heykəlidir.Aydın məsələdir ki, burada Qırğızıstan və Monqolustan məsələnin dekorativ tərəfidir. Əsas məsələ Türkiyə və Azərbaycan ordularının ortaq bir qurumda rəsmən birləşməsindədir. Haqqında söhbət açılan və Azərbaycanın işğaldakı torpaqları ilə sərhədlərdə həyata keçirilməsi planlaşdırılan ortaq hərbi təlimlər də əslində “Turan ordusu” adlandırılan qurumun egidası altında aparılacaq. Onu da əlavə edək ki, qurumun ilk başqanlığı 2014-ün sonuna qədər Türkiyədədir. Bu səbəbdən, ilk mərkəz də Ankara olaraq təyin edilib. “Rəsmi Bakı bu prosesə həm də bir fürsət kimi baxır- proseslər işğal altındakı torpaqların bir qisminin geri qaytarmaq üçün ciddi şanslar açır... ” Lakin “Yeni Müsavat”a məlum olub ki, 3 ay öncə qeyri-rəsmi olaraq “Turan ordusu”nun mərkəzi Azərbaycana keçirilib. Bunu da səbəbi var - NATO və xüsusilə də Amerika Ukrayna hadisələrindən sonra gözlənilən Rusiya hərbi müdaxiləsindən Azərbaycanı Türkiyə ordusu vasitəsi ilə qorumağı qərarlaşdırıb. Məlumatı verən diplomat deyir: “Qərb paytaxtları Ukrayna, xüsusilə də Krım hadisələrindən sonra ağıllanıblar. Artıq qəbul olunur ki, Rusiya yalnız Krımı ilhaq etmək, Ukraynanı diz çökdürməklə kifayətlənməyəcək. Proses Moldova, Azərbaycan və Qırğızıstana da keçəcək. Azərbaycana Ermənistanın əli ilə, Dağlıq Qarabağ səmtindən hərbi müdaxilə gözlənilir. Paralel olaraq, birbaşa Rusiyanın əli ilə ölkə daxilində və xüsusi ilə də həssas etnik bölgələrdə iğtişaşlar törətmək planlaşdırılır. Bunun qarşısını almaq, hətta əvvəlcədən önləmək üçün bir sıra ortaq hərbi çalışmalar həyata keçirilir. Bu zaman əsas mandat NATO üzvü kimi Türkiyəyə verilib. Azərbaycan Rusiyadan çəkinir; lakin bilir ki, qorxunun əcələ faydası yoxdur. Rəsmi Bakı bu prosesə həm də bir fürsət kimi baxır - proseslər işğal altındakı torpaqların bir qisminin geri qaytarmaq üçün ciddi şanslar açır...”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?