Baş prokurorun teleaparıcıya qahmar çıxmamasının müdhiş sirləri üzə çıxıb
“İlham Mirzəyevin həbsi baş prokurorla razılaşdırılıb. Zakir Qaralovla qohumluq əlaqələri olduğu deyilir. Ancaq baş prokuror belə bir dələduz adamın heç bir statusuna baxmadan həbsinə razılıq verib. Zakir Qaralov onu qohumluğa ləkə sayıb”. Bu xəbəri verən mənbəmiz iddia edir ki, teleaparıcının həbsi çoxdan planlaşdırılıb. Ancaq reallaşdırmaq mümkün olmayıb. Qaynağımız iddia edir ki, vaxtilə baş prokurorun qohumu olmasına görə Mirzəyevə toxunmayıblar. Amma iş o həddə çatıb ki, dələduzluq əməlləri əndazəni aşıb və onu baş prokuror da xilas edə bilməyib. Z.Qaralov adının bu işdə hallanmasına etiraz edib və ümumiyyətlə, bu məsələyə yaxından-uzaqdan əlaqəsi olmadığını deyib. Əslində “Gündəm-xəbər”ə verilən bu məlumatın səhihliyi dəqiq deyil. Ancaq iddia var və onu dərc etmək məcburiyyətindəyik. Bütövlükdə isə teleaparıcı AST Telman və Abbas Abbasovla əlaqələrinin olması, himayəçiləri tərəfindən qorunması hesabına həbsdən bir müddət yayına bilib. Ancaq gec də olsa, güc olub. Onu həbsə ataraq arxasındakı gücləri də hədəfə alıblar. Mənbə qeyd edir ki, Mirzəyev 2 ay sonra azad oluna da bilər. Qeyd edək ki, teleaparıcı İlham Mirzəyev 2 aylıq həbsə məhkum edilib. Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun rəhbərliyi altında keçirilən məhkəmə prosesində İlham Mirzəyev barəsində 178.2.3 və 178.2.4 maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə ittiham tərəfinin şikayətini təmin edib və İlham Mirzəyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Məhkəmə prosesində isə İlham Mirzəyev 2 aylıq həbsə məhkum olunma xəbərini eşidincə, özündən gedib. Nərimanov məhkəməsinə təcili tibbi yardım briqadası çağırılıb və İlham Mirzəyevə tibbi yardım göstərilib. Bundan sonra “İlhaMed” klinikasının təsisçisi və “Space” kanalının aparıcısı İlham Mirzəyev özünə gəlib. Rafiq QARA
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?