Naxçıvanda keçirilən təlimlərə ən müasir standartlara uyğun zirehli texnika cəlb olunub
2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin rəhbərliyinin iştirakı ilə keçirilən təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən yeni, ən müasir standartlara uyğun zirehli texnika cəlb olunub. Təlimlərdə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılacaq, döyüş texnikalarının, həmçinin müasir silahların tətbiqi imkanları öyrəniləcək, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?