AKP ölkədə keçiriləcək prezident seçkisi barədə ilk iclasını keçirib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçkisində namizəd olacağı barədə ilk işarəni verdi. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkədə keçiriləcək prezident seçkisi barədə ilk iclasını keçirib. Baş nazir və AKP-nin sədri Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi iclasda millət vəkillərinə prezidentliyə namizədlərini yazmaları üçün sorğu anketi paylanıb. İştirakçıların əksəriyyəti baş nazir Ərdoğanın namizədliyini irəli sürüblər. Bundan sonra iclasda çıxış edən Ərdoğan köşkə (Çankaya) gedəcəyi təqdirdə xalqın prezidenti olacağını, bunun üçün bütün konstitusion hüquqlarından istifadə edəcəyini deyib. İclas barədə açıqlama verən AKP sədrinin müavini Hüseyn Çelik prezident seçkisinin müzakirə olunduğunu, partiyanın təşkil olunacaq düşərgəsində son qərarın veriləcəyini deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?