Müşavir azərbaycanlıların Suriyada döyüşmələrindən danışıb
Azərbaycanlıların Suriyaya gedərək döyüşlərdə iştirak etmələrinin qarşısını almaq üçün tədbirlər görülür. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla deyib. Kamal Abdulla deyib ki, qanundan kənar istənilən hərəkət cəzasız qalmayacaq. "Dövlətçiliyə qarşı hər hansı bir hərəkət, cəzasız qalmayacaq", - deyə dövlət müşaviri bildirib. Kamal Abdulla həmçinin qeyd edib ki, Azərbaycanda dini vəziyyət stabildir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?