İsmət Yılmazın səfəri Somadakı mədən faciəsi ilə əlaqədar təxirə düşüb
Türkiyə Milli Müdafiə nazirinin Azərbaycana rəsmi səfəri təxirə salınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə Respublikasının Milli müdafiə naziri İsmət Yılmazın mayın 14-də Azərbaycan Respublikasına planlaşdırılan rəsmi səfəri Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş faciə səbəbindən təxirə salınıb. Qeyd edək ki, mədən faciəsi ötən gün günorta saatlarında baş verib. Ttrasfarmatorun yanması nəticəsində mədəndə elektrik enerjisi kəsildiyindən xilasedicilər böyük çətinliklərlə üzləşiblər. Nəticədə 201 nəfər ölüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?