Təcavüzkarlar əməllərini növbə ilə kameraya çəkiblər
Binəqədi rayonunda, 16 mərtəbəli binanın damında 14 yaşlı məktəbli qızın zorlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Məktəblini zorlayan iki qardaş etdikləri əməli videoaparatla lentə alıblar. Bunu polisə zərərçəkmişin özü bildirib. Binəqədi RPİ 5-ci polis bölməsinə ərizə ilə müraciət edən 14 yaşlı Məlahət (istintaqın maraqlarına uyğun olaraq ad şərtidir) şikayət ərizəsində qeyd edib ki, Fuad adlı şəxs onu şantaj etdiyi üçün mayın 10-da gündüz vaxtı Azadlıq prospektindəki 20180 nömrəli binanın damına çıxmağa razı olub. Yalnız damda o, tək olmadıqlarını, Fuadın qardaşının da orada olduğunu görüb. Qardaşlar yeniyetmə qıza qarşı seksual zorakı hərəkətlər ediblər və əməllərini növbə ilə kameraya çəkiblər. Polisə məlum olub ki, bu Fuadın seksual xarakterli ilk hərəkəti deyil. O, daha əvvəl də yeniyetmə məktəblilərə qarşı seksual xarakterli hərəkətlər edib. Hazırda cinayət axtarış tədbirləri aparılır. Təcavüzkarların kimliyi təyin edilsə də, hələ ki, saxlanılmayıblar. Onlar istintaqdan gizləniblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?