GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Çingiz xan Əbədi Göy Səmaya, Mönq Kök Tenqriyə inanırdı”

“Çingiz xan Əbədi Göy Səmaya, Mönq Kök Tenqriyə inanırdı”

Tarix: 16-05-2014, 10:46 Bölmə :Ölkə Baxış: 0
“Çingiz xan Əbədi Göy Səmaya, Mönq Kök Tenqriyə inanırdı”
O, təkcə Çində, Xarəzmdə, Azərbaycanda bu qədər insan qətlə yetirməsəydi, bu günkü gündə dünyada 7 milyard yox, 17 milyard insan yaşayardı.
Həmin illəri günbəgün, saniyəbəsaniyə yaşadım.
“Gündəm xəbər” Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist Cəlaləddin Qasımovla müsahibəni təqdim edir:
- Bir çox tarixçilər Çingiz xanın türk mənşəli olması barəsində yazır. Bu barədə siz nə deyə bilərsiniz?
- Çingiz xanın türk mənşəli olduğunu iddia edən alimlər çoxdur. Mənim rastlaşdığım mötəbər tarixi mənbələrdə onun atası Esuqey Bahadır, anası Oelun eke, babası Baran bahadır, atasının babası Kabul xan olub. Bu adların hər birisi Türk adlarıdır. Ətrafda da Baykal gölü arasında oyratlar, Çunqariyada uyğurlar məskunlaşmışdılar. Uyğurların öz mədəniyyəti və yazısı vardı. Şərqi Türküstandan və Balxaş gölü rayonundan ibarət çox böyük ərazidə türk qəbilələrinin məskunlaşdığı Qara-Kitay dövləti yaranmışdı. Çingiz xan olduqca dindar adam idi. Əbədi Göy Səmaya, Mönq Kök Tenqriyə inanırdı. Temuçin iki dəfə qaçılmaz ölümdən xilas olmasını Əbədi Göy Səmanın onu öz ağuşuna alması ilə əlaqələndirirdi. O, işğal etdiyi ölkələrin dininə qarşı çıxmazdı. Heç bir dini bir birindən üstün tumazdı. Onun nəvələri isə İslam dinini qəbul etmişdi.
- Dünyaya meydan oxuyan 40 ölkəni diz çökdürən Monqolustan bu günkü gündə nəsli kəsilməkdədir. Bu necə ola bilər?
- Mən “Çingiz xanın xəzinəsi” kitabımda bu barədə geniş qeyd etmişəm. Hər bir millətin gücü, qüdrəti, varlığı və gələcəyi onun toxumundadır. Çingiz xanın ordusu isğal etdikləri ölkələrdə öz toxumunu yayaraq güclərini xeyli zəiflətmişdilər.
- Çingiz xanın ordusundan beş dəfə sayca artıq olan ölkələr, minillərlə tarixi olan Çin, İran kimi dövlətlər necə oldu ki, dünyaya meydan oxuyan Çingiz xana məğlub oldular?
- Çingiz xan orduda bir çox islahatlar aparmışdı. Həmin islahatlardan bəziləri aşağıdakılar idi:
1- Bir qadına və çocuğa qılınc qaldırana ölüm.
2- Yolçuya barınaq və yeyəcək verməyənə ölüm.
3- Oğurluq (çalıntı) malı satana ölüm.
4- Oğurluq olduğu bilinən malı alana ölüm.
5- Çaparı (xəbərçini), elçini öldürənə ölüm.
6- Savaşda qılınc buraxana ölüm.
7- Qılınc buraxanın yoldaşına da ölüm.
8- Fərarilik edən kişiyə ölüm.
9- Təslim olan düşməni öldürən əsgərə ölüm.
10- Erkəklə cinsi əlaqədə bulunan erkəyə ölüm.(hər ikisinə də)

- Uşaqlıq illərindən atasız böyüyən, yoxsulluq, səfalət yaşayan Çingiz xan necə bir - birinin ardınca belə sürətlə ölkələri işğal edərək onları öz nəzarəti altında saxlaya bildi? Heç bir savadı və təcrübəsi olmadığı halda onda bu güc hardan idi?
Çingiz xan işğal etdiyi ölkələrdə Çin, Xarəzm, İran kimi inkişaf etmiş ölkələrdə Çingiz xanın göstərişi ilə həkimləri, memarları, alimləri, sənətkarları birinci seçərək onları öldürmürdü. Onlara da bildiklərindən xalqa öyrədərək dərslər keçirdilər. Beləliklə, dünyanı, işğal etdiyi ölkələri onlardan öyrəndikləri ilə idarə edirdilər. Çingiz xanın ən etibarlı məsləhətçisi Çin alimi Yelisuka idi. Çingiz xan Çini işğal edərkən onunla tanış olur, ölənə qədər onun bildiklərindən istifadə edərək dövlət idarəçiliyinin bütün sahələrində uğurlar qazanmışdı.
- Məlum olduğu kimi, Azərbaycanda Çingiz xanla bağlı ilk tarixi romanı siz yazmısınız. Siz necə oldu ki, Monqolustana, Qazaxıstana getmədən kitabdakı tarixi faktları əldə etdiniz?
- Heç şübhəsiz ki, tarixi roman yazanda ilk öncə həmin dövrlə bağlı qələmə alınmış kitabları oxumaq məcburiyyətindəsən. Mən də bu yöndə bir sıra kitablar oxudum, mənbələri araşdırdım. İlk əlimə keçən kitab 1220-ci ildən monqollarla Sun imperiyası adından danışıqlara göndərilmiş Çjao Xun tərəfindən yazılmış kitab oldu. Başqa bir kitab isə Çingiz xanın oğulluğu Şiqi-Xutuxu tərəfindən 1240-cı ildə yazılmış Çingiz xanın zamanından Ugedeyin dövrünə kimi “qızıl nəslin” tarixini əks etdirən kitab oldu. Eyni zamanda Çingiz xanla bağlı çin və fars dillərindən rus dilinə tərcümə edilmiş bir sıra kitabları da mütaliə edib araşdırdım. Elə faklara rast gəldim ki, həmin faktlar nəinki məni Monqolustana, hətta 1200-ci illərə apardı. O illəri günbəgün, saniyəbəsaniyə yaşadım. Azərbaycanın ən acı tarixini acı günlərini mən pis təsir etsə də, mən tariximizlə bir roman yazaraq bu faktları ortaya qoydum. Mən deyə bilərəm ki, Çingiz xan dünyanın tarixini dəyişdi. O, təkcə Çində, Xarəzmdə, Azərbaycanda bu qədər insan qətlə yetirməsəydi, bu günkü gündə dünyada 7 milyard yox, 17 milyard insan yaşayardı. Çingiz xan işğal etdiyi ölkələrdə onlara qarşı müqavimət olardısa, o, göstəriş vermişdi ki, uşaqdan qocaya hamı qətlə yetirilsin. Ağaclar belə kökündən qoparılmalıdır. Bir canlı belə yaşamamalıdır. Çingiz xanın ölümündən sonra oğlanları, nəvələri də eyni qəddarlığı edirdilər. Hətta onun nəslindən olan Toxtamış xan qəddarlığına görə Çingiz xandan da qəddar idi.
Toxtamış xan Qızıl orda ilə Kulukova döyüşündə məğlubiyyətə uğradıqdan sonra Əmir Teymuru Qızıl ordaya dəstək çıxaraq öz ordusunun köməyi ilə Qızıl ordanı yenidən gücləndirərək Toxtamış xanı Qızıl ordaya xan elan edir. Qızıl orda yenidən güclənərək döyüşündə qalib gelir və Moskvanı yandırır. XIV əsrin 80-ci illərində Azərbaycan iki təhlükə ilə üzləşdi. Şimaldan Qızıl Ordu hökmdarı Toxtamış xan, Şərqdən isə Əmir Teymur Azərbaycanı işğal etməklə hədələyirdilər. Mərkəzi Asiyada qüdrətli hərbçi dövlət qurmuş Əmir Teymurun işğal hədəflərindən biri də Azərbaycan idi. Böyük bir ordu ilə 1385-ci ildə Azərbaycana daxil olan Əmir Teymur burada çox ləngimir. Mərkəzi Asiyada baş vermiş hadisələr onu geri qayıtmağa məcbur edir. Teymurun qayıtmasını fürsət bilən Toxtamış xan 1385-ci ildə 90 min nəfərlik qoşunla Dərbənddən Şirvana daxil olur və Təbrizə çatır. Şəhərin müdafiəsinə qalxan əhali 8 gün qəhrəmanlıqla müdafiə olunur. Vəziyyəti belə görən Toxtamış danışıqlar aparmaq məcburiyyətində qalır. Danışıqlar zamanı tərəflər arasında xərac vermək şərti ilə razılaşmaya inanan müdafiəçilər silahı yerə qoyurlar. Bu zaman Toxtamış xan hiyləyə əl atır və qoşunlarını şəhərə yeridir. Arxayınlaşan əhali ciddi müqavimət göstərə bilmir və şəhər işğal olunur. Təbrizdən sonra Marağanı tutub qarət edən Toxtamış yenidən Təbrizə qayıdır. Burada qoşunu dəstələrə bölür. Bir dəfə Mərənd və Naxçıvan tərəfə, digəri isə Əhər yolu ilə irəliləyir. Bu şəhərləri qətl-qarət edəndən sonra Qarabağda birləşən dəstələr öz yerlərinə qayıdırlar. Toxtamışın bu hücumu çoxlu qənimət və 200 min nəfərin əsir aparılması ilə nəticələnir. Bu qədər əsir aparılması Azərbaycanda işçi qüvvəsinə ciddi təsir edir.
Toxtamış xan üç dəfə Azərbaycanı işgal edir. Əmir Teymurun əsarəti altında saxladığı ölkələrə Toxtamışın hücumundan əsəbiləşərək Əmir Teymur bir dəfə Talyatidə, bir dəfə isə Dərbənd yaxınlığında Qızıl ordanın qoşununun qarşısını kəsir. Elə ilk döyüşdə məğlub olacağını görüb Toxtamış xan Əmir Teymurun qarşısında diz çökərək onu bağışlamasını istəmişdi.
Söhbətləşdi: Oktay Hacımusalı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sənədi təsdiqləyib

    Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ...

    25-03-2021, 10:06

  • 
  • Türk deputatlar Bakı əleyhinə səs verdi

    Türk deputatlar Bakı əleyhinə səs verdi ...

    13-10-2017, 12:15

  • 
  • Türk helikopterləri Suriyaya girdi - İDDİA

    Türk helikopterləri Suriyaya girdi - İDDİA ...

    3-09-2014, 11:45

  • 
  • Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib

    Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə ...

    25-05-2016, 13:24

  • 
  • Almaniyada nazirlərdən biri türk olacaq - FOTO

    Almaniyada nazirlərdən biri türk olacaq - FOTO ...

    15-12-2013, 21:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu