“Laçın deyəndə göz önünə ilk növbədə mərdlik gəlir. Təsadüfi deyil ki, Andranik Gorus, Laçın, Şuşa, Xankəndi yolunu açmaq istəyərkən Xosrov bəy Sultanov onun qoşunlarını məhv edib. İndi də döyüş baş verən o dərə Qanlı dərə adlanır”. Bunu Laçın rayonunun işğalının 22-ci ildönümü münasibətilə keçirilən tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin Məcburi İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Ə. Həsənov bildirib ki, ermənilər Qarabağa yol açmaq, Laçını işğal etmək üçün 200 il çalışıblar: “Təəssüf ki, ermənilər SSRİ dağılandan, Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra Laçını dünyadakı erməni diasporunun köməyi ilə müvəqqəti də olsa, işğal etdilər. İşğal dövründə laçınlıların nə mərdlikləri, nə cəsurluqları zəifləyib”. Qeyd edək ki, tədbir torpaqlarımız uğrunda döyüşlərdə həlak olan şəhidlərin və Türkiyədə kömür şaxtasında həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra “Əsirlikdə qala qalmaz” filmi nümayiş etdirilib. Tədbirdə qeyd edilib ki, hazırda Laçının 73 min 330 nəfər əhalisi Azərbaycanın 58 rayon və şəhərdə məskunlaşıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?