Milli Məclisin keçirilən AŞPA- nın Daimi Komitəsinin iclasında Azərbaycanda insan haqları və siyasi məhbus məsələsinə toxunub İclasda suallara XİN Elmar Məmmədyarov cavab verib. Onlardan biri "Amnesty İnternational" siyahısında daxil edilmiş 18 siyasi məhbusun və o cümlədən İlqar Məmmədovun nə vaxt azad edilməsi nəzərdə tutulduğunu soruşub. Nazir suala cavab olaraq bildirib ki, dünən Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı ilə tanış olub: "Mən nə baş verəcəyini deyə bilmərəm. Çünki bununla bağlı danışsam, hüquqi prosedurları pozmuş olaram. Ona görə imkan verək ki, hüquqşünaslar işləsinlər. Siz mənim çiynimə yük qoymaq istəyirsiniz ki, hüquqi prosedurlara müdaxilə edim. Amma xeyr, mən bunu etməyəcəm. Xarici işlər naziri kimi bunu edə bilmərəm. Avropa İnsan Haqlarının Məhkəməsinin qərarı var. Biz XİN olaraq bütövlükdə prosesi müşahidə edəcəyik”. Digər deputat isə qeyd edib ki, Azərbaycanın Avropa Şurası qarşısında insan hüquqlarının yaxşılaşması üçün könüllü öhədliklər götürüb. Avropalı deputat qeyd edib ki, Nazirlər Komitəsinə 6 ay müddətlik sədrlik bunun üçün yaxşı haldır. E.Məmmədyarov cavab verib ki, biz öhdəlikləri yerinə yetirəcəyik: “Biz bu prosesə başlamışıq. Heç kim deyə bilməz ki, hansı ölkədəki demokratiya yaxşıdır, hansında pisdir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?