Mobil telefonlar tibbi avadanlıq kimi istifadə olunacaq
Danışıq, internet, musiqi üçün istifadə etdiyimiz bu telefonlar artıq həkim funksiyasını da yerinə yetirəcək. Bu layihənin tətbiqi ilə bir çox insan öz xəstəlikləri haqqında ilkin xəbərdarlığı elə öz telefonlarından alacaq. Mobil telefon vasitəsi ilə özlərinin ürək döyüntüsü, nəfəs yollarının küyünə qulaq asan insanlar ürək-damar xəstəlikləri və qrip kimi xəstəliklərdən bu xəstəliyə yoluxmaq üzrəykən xəbər tuta biləcəklər. Təcrübə sınaqlarından uğurla keçən bu layihənin mobil telefonlara tətbiqi üçün dünyanın tanınmış mobil telefon istehsalçılarından təkliflər gözlənilir. Əgər mobil telefon istehsalçıları bu layihəni telefonlara tətbiq etsələr, Azərbaycan alimlərinin kəşfindən hər kəs yararlanacaq. Bu kəşf isə Azərbaycan İnformasiya Texnologiyalarının inkişaf ında irəliyə doğru ən önəmli addımlardan biri kimi tarixə düşəcək. Fariz
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?