“Azərbaycanda mobil operatorların tarifləri üzrə xüsusi monitorinq aparmırıq və aparmağa da ehtiyac yoxdur. Çünki ölkədə cəmi 2-3 mobil operator var ki, onlarda da tariflər çox yüksəkdir”. Bu sözləri Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mobil operatorlarının tariflərinin yüksək olması barədə istehlakçılarının narazılığını şərh edərkən bildirib. E. Hüseynovun sözlərinə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə mobil operatorların sayını 10-a çatdırmalıdır. “Azercell”in “Toyoto uçuşu” kampaniyasından böyük narazılıq var. İstehlakçıları cəlb etmək üçün “Azercell” mütəxəssisləri tərəfindən xüsusi hazırlanmış proqramlar var. Kasıb bir istehlakçı dünən zəng etmişdi ki, artıq 200 manatdan çox pul ödəyib və heç nə qazanmayıb. Bu cür aldadıcı kampaniyalara qarşıyam. Və çox təəssüflər olsun ki, bu avtomobillərin uduşunda da bir şəffaflıq yoxdur. Azad İstehlakçılar Birliyinin sədri olaraq, heç bir təmənna güdmədən onların tiraj komitəsində iştirak etmək istəyirəm ki, bunu necə tənzimləyirlər”. Tariflərdən də birliyə şikayətlər daxil olduğunu qeyd edən E. Hüseynov bildirib ki, yazılı müraciət daxil olmadığı üçün onlar heç bir yerə müraciət edə bilmirlər. “Bizə ancaq şifahi zənglər gəlir. Ümumiyyətlə mobil operatorların hamısında tariflər yüksəkdir. Bir neçə il öncə mobil operatorlardan biri internet xidmət tarifini aşağı endirdi, digərləri onu boykot etdilər. Çox təəssüflər olsun ki, istehlakçının xeyrinə olan jestlər hamı tərəfindən eyni qarşılanmır. Bir neçə il əvvəl dövlət orqanlarından biri məsələyə qarışdı və istehlakçının zərərinə səbəb olan qərar verdilər. Tarifi aşağı endirilən operatoru digər operatorlar tərəfindən boykot edildi. Bir sözlə, 2-3 mobil operator bazarda özlərinin birliyini yaradıblar, əslində isə istehlakçıların hüquqlarını pozurlar”, – deyə Birlik sədri əlavə edib. Elçin
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?