GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Abutalıbovun başı itlərərə görə dərdə girdi

Abutalıbovun başı itlərərə görə dərdə girdi

Tarix: 8-07-2014, 16:11 Bölmə :Ölkə Baxış: 0
Abutalıbovun başı itlərərə görə dərdə girdi


“ALYANS” İctimai Birliyinin dəstəklədiyi bir qrup iddiaçı vətəndaş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Sahibsiz Heyvanlarla Mübarizə İdarəsini fəaliyyətində olan qanun pozuntuları ilə bağlı məhkəməyə verib.
İB-nin bununla bağlı açıqlamasında deyilir: “Bakı sakinləri bizə həyətlərinə silahlı şəxslərin daxil olaraq, etiraz edən vətəndaşlara məhəl qoymadan sahibsiz heyvanları qəddarcasına, günün istənilən vaxtı, insanların gözü önündə odlu silahla öldürməsindən şikayət ediblər.
Növbəti belə dəhşət doğuran hadisələrin şahidi Bakı şəhəri, Şərifzadə küçəsi 176 saylı binanın həyətinin sakinləri olub. Həyəti qan gölünə bürümüş eyni mənzərəyə ötən ilin 30 iyul tarixində, gündüz saatlarında uşaqlar da daxil olmaqla bütün sakinlər və yoldan təsadüfi ötən insanlar da şahidlik ediblər.

Elementar təhlükəsizlik qaydaları təmin edilmədən “işlərini” başa vuran “silahlı ovçular” ölmüş, ya da yaralı olan, ağrının gücündən dəhşətli qulaqbatirıcı səslər çıxaran itləri quyruqlarından sürüyərək üzərində “Bakı şəhər İcra Hakimiyyəti” yazılmış “Qazel” markalı, 10 JN 183 dövlət nişanı olan maşının yük yerinə tullayıb, ərazidən gediblər.
Qəddarlığa və insan təhlükəsizliyinə dair mövcud qanunlarımızın bu qədər kobudcasına pozulması faktı bu mənzərəyə şahid olmuş insanların və hadisə barədə məlumatlanmış digər çoxsaylı vətəndaşları hiddətləndirib. Elə bu səbəbdən də ümumilikdə 98 nəfər vətəndaşdan ibarət olan qrup tərəfindən cavabdeh tərəf qismində Bakı İcra Hakimiyyətinə qarşı ayrı –ayrılıqda 5 iddia ərizəsi ilə Bakı şəhəri 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət edilib.

Bildiririk ki, iddiaçılar ərizələr təqdim edildiyi zamandan hazırki günə qədər məhkəmə rəsmiləri tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb və eyni zamanda qaldırılan iddiaya dair istehzalı münasibətlə qarşılaşıblar”.
Qurumun məlumatına görə, 5 iddia ərizəsinin hər biri ayrı-ayrılıqda məhkəmə hakimləri tərəfindən eyni tipli dərkənarla rədd edilib. “Vəzifələrindən sui-istifadə edərək kollektiv qaydada qaldırılmış vətəndaşların iddiasına bu qaydada məsuliyyətsiz yanaşmış hakimlərin adları bunlardır: Fərqan Əhmədov; Elçin Məmmədov; Sevinc Alıyeva; Şərafət Məmmədova”-deyə İB bəyan edib.

İddiaçı vətəndaşlar qərara dair şikayət ərizəsi ilə təkrar iddia qaldırıblar. Bakı Apellyasıya Məhkəməsi tərəfindən 3 şikayətçi qrupun iddiası məqbul hesab edilib, 2 şikayətçi qrupun iddiası Ali Məhkəməyə qədər gedib çıxıbş və ilkin məhkəmənin iradlarına dair şikayət edilib. Hazırda eyni iddialar ilkin məhkəmə instansiyasına, eyni hakimlərə təkrarən təhkim edilib: “Təəssüf hissi ilə bildirmək istəyirik ki, bu dəfə də eyni məhkəmə instansiyalarında eyni hakimlər tərəfindən işin qanunla mühakimə edilməsinə, cavabdeh tərəfin layiqi cəza almasına hələ ki nail olunmayıb, qanun işçilərinin vəzifələrinə münasibətdə məsuliyyətsizlik yenə də davam etməkdədir.
Belə ki, 3 iyun 2014-cü il tarixində hakim Elçin Məmmədov iddiaçıların şikayətinin tam olaraq rədd ediləcəyini bildirib. Məhkəmə qərarının əsaslandırıcı hissəsi hələ hazır deyil, bu cür qeyri-qanuni qərarda hakimin nəyə istinad edəcəyini iddiaçılar səbirsizliklə gözləyir.

Bu gərara qarşı növbəti məhkəmə instansiyasında mütləq surətdə etiraz ediləcək. Çünki, iddiaçıların fikri ilə məhkəmə iclaslarında Bakı şəhəri İcra Hakimiyyətinin əməkdaşlarının günahı tamamilə isbat edilib. Lakin belə anlaşılmaz və tələsik qərar qəbul edən hakimin qətiyyətliliyi və icra qurumuna qarşı mövcud etimadı həqiqətən də heyranedicidir”.
Bildirilir ki, iddiaçılar da Avropa Məhkəməsinə qədər getmək üçün hazırdılar. Növbəti məhkəmə hakim Fərqan Əhmədovun sədrliyilə 10 iyul 2014-cü il tarixinə saat 17:30-a təyin edilib. İddiaçılar qərara gəliblər ki, işin qanunlar çərçivəsində düzgün aparılması və həlli üçün ölkə ictimaiyyətinin bu hadisələr barədə məlumatlandırılması və ictimai qınağın vaxtında köməyə gəlməsi qaçılmazdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib

    Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin ...

    18-10-2018, 14:12

  • 
  • Küçə itləri Bakı sakinlərinə rahatlıq vermir

    Küçə itləri Bakı sakinlərinə rahatlıq vermir ...

    12-10-2018, 13:11

  • 
  • Leyla Əliyeva sahibsiz itlərə görə 7 şəxsi işdən azad etdi

    Leyla Əliyeva sahibsiz itlərə görə 7 şəxsi işdən ...

    31-05-2018, 16:52

  • 
  • ‘Qurtuluş-93’ün sahibsiz itləri

    ‘Qurtuluş-93’ün sahibsiz itləri ...

    11-01-2017, 00:35

  • 
  • Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə dair müşavirə

    Nazirlər Kabinetində sahibsiz heyvanlarla ...

    23-08-2017, 21:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu