Həqiqətən baş verdiyinə inanmayacağınız hadisələrlə bağlı maraqlı məlumatları təqdim edirik.
Avstriyada bir layihənin çəkilişi üçün ölü təqlidi edərək şəkil çəkdirən fotoqrafın şəkilləri İnterpola qədər uzanan cinayət işinin başlanmasına səbəb olub.
Fotoları görən Vyana mühafizə xidməti bunların bir layihə üçün çəkildiyindən xəbərsiz olduğu üçün İnterpolun da işə qarışdığı bir cinayətin üstünü açmağa çalışıb.
Fotoların sahibi Siqrid Flekseder şəriki Xristian Tomasla birlikdə “Ölümün 4 mövsümü” adlı layihə hazırlayıb. Şəkilləri görən mühafizə işçiləri gördükləri qarşısında nə edəcəklərini bilməyib, mərkəzə xəbər veriblər. Şəkilləri incələyən mərkəz işçiləri bu haqda İnterpola xəbər veriblər.
Cinayəti araşdıran xəfiyyələr şəkillərin çəkildiyi yerlərə gedərək, dəlil toplamağa çalışdığı an qarşılarında Fleksederi görüblər. Flekseder “kimin daha çox təəccübləndiyini bilmirəm. İnterpolu qarşısında görən mənmi, yoxsa yaşayan bir cəsədi qarşılarında görən onlarmı?!” deyib.
İzmirin Çiğli qəsəbəsində baş verən intihardan sonra dəfn mərasiminə getmək istəyən cənazə maşının sürücüsü əlində telefon, belində tabut ünvan axtarmağa başlayıb. Yas yerinin çox uzaqda olması cənazə işçilərini böyük çətinliyə salıb.
23 yaşılı braziliyalı qadın basketbolçu hamilə olduğunu anlamadan, düz 7 ay məşqə qatılıb. Silviya Kristina Qustavo Roça adlı gənc idmançı hamilə olduğunu uşağı dünyaya gətirməzdən 3 gün əvvəl, qarnındakı ağrıya görə həkimə getdikdən sonra öyrənib. Körpəsinə Luiz Ferdinand adı qoyan gənc ana duyğularını bu cür izah edib: “Hamilə qaldığımı heç düşünməmişdim. Sadəcə kökəldiyimi düşünürdüm”.
Jak Fen adlı Macarıstan vətəndaşı həyat yoldaşını qorxutmaq üçün özünü asmış kimi göstərib. Evə gələn həyat yoldaşı onu bu halda görüncə ürəyi gedib. Qapını açıq görən qonşu içəri girəndə iki cəsədlə qarşılaşdığını hesab edərək evi soyub. Topladıqları ilə evdən çıxmağa çalışan qadına Jak təpik vurub. Cəsədin dirildiyini düşünən qadın oradaca ölüb.
İngiltərədə katolik kilsəsinin rahibi striptizçi evli sevgilisi üçün kilsədən bir çox dəyərli əşya oğurlayıb. Oğurlanan əşyaların dəyəri 300 min funt olub. 30 yaşlı striptizçinin rahibin yatağında çəkilmiş çılpaq şəkilləri tapılıb. Qadın “o mənə dayı kimidir. Məni hər zaman qoruyur. Aramızda bir cinsi münasibət olmayıb. O, itmiş bir ruh kimidir” deyib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?