Bakı dairəvi yolunun Qaradağ rayonunun Lökbatan qəsəbəsinə dönən hissəsində böyük tıxac yaranıb. Bizimyol.info-nun hadisə yerindən xəbər verən əməkdaşı bildirir ki, şəhər istiqamətindən Bakı-Astara şosesi ilə sürətlə hərəkətdə olan beton daşıyan “Kamaz” markalı avtomobil təmirə bağlanmış yola daxil olaraq aşıb. Nəticədə yolun kənarındakı istinad dəmir konstruksiyalarını əzərək parçalanan yük avtomobili şəhərə gələn yolun böyük hissəsini tutub. Bu səbəbdən rayonlardan, “Sədərək” Ticarət Mərkəzindən paytaxta daxil olmaq istəyən avtomobillərin böyük tıxacı yaranıb. Hadisə yerində olan DYP əməkdaşları isə bu saatlarda da tıxacın aradan qaldırılmasına cəhd edirlər. Xatırladaq ki, göstərdiyimiz ünvanda tez-tez bu kimi hallar yaşanır. İki aydan çoxdur ki, təmirə bağlanan yolun girişinə nişanlar qoyulsa da, hətta yolun ortasında çınqıl tökülərək süni təpə yaradılsa da, şəhər istiqamətindən üzü aşağı yüksək sürətlətlə hərəkət edən yük avtomobilləri ağır qəzalar törədirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?