Bu gecə (12 iyul) nadir təbiət hadisələrindən biri baş verəcək.
gundemxeber.az-ın xəbərinə görə, yerin təbii peyki olan ay bu gecə maksimum dərəcədə planetimizə yaxınlaşacaq.
“Super ay” adlanan bu hadisə zamanı ay 365 000 km məsafə ilə yerə ən yaxın nöqtədə olacaq.
“NASA”nın saytında yayılan məlumata görə, analoji hadisə bu il avqustun 10-da və sentyabrın 9-da təkrarlanacaq.
Xatırladaq ki, axırıncı dəfə belə hadisə 2013-cü ilin iyununda baş vermiş, bu vaxt ay normal ölçüsündən 14 dəfə böyük və 30 faiz daha parlaq görünmüşdü.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?