Nazirlər Kabineti 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi ilə bağlı qərar verib.
ANS PRESS-in Nazirlər Kabinetinə istinadla verdiyi məlumata görə, Nazirlər Kabineti bu dəyişikliyi Təhsil Nazirliyinin təklifini nəzərə alaraq qərara alıb.
Dəyişikliyə əsasən “Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)” bölməsinə aşağıdakı məzmunda 59-cu hissə əlavə edilsin: “59. 23 nömrəli tam orta məktəb”.
Eyni zamanda “Təsərrüfathesablı təşkilatlar” bölməsinin 4-cü hissəsi ləğv edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?