Xəttab kəndinin Hama əyalətində özlərini radikal islamçı adlandıran qruplar Sükür Şam və Feylyak Şam mülki vətəndaşların qırğınını təşkil edib.
Qırğından çəkilən kadrlar o qədər dəhşətlidir ki, "ANNA" (Abkhazian Network News Agency) agentliyinin müxbirləri bir müddət çəkilənləri göstərməkdə tərəddüd ediblər. Lakin onların bildirdiyinə görə, insanların həqiqətləri görmələri naminə videonu ictimayiləşdiriblər.
Kadrlarda terroristlərin öldürdüyü 6 kişi və 8 qadın göstərilir. Ölənlərdən ən kiçiyi 14 yaşlı qız uşağıdır. Şahidlərin dediyinə görə, uşağın atası onu yaraqlıların əmirinə verməkdən imtina etdikdə, terroristlər qızı küçədə zorladıqdan sonra bütün ailəni, qızcığazın atasını, anasını və qardaşını da öldürürlər. Ölənlər arasında əlil arabalı kişi də var. O, ölkəsinin bayrağını öz mağazasında asdığı üçün bu cəzaya layiq görülüb.
Maraqlısı budur ki, özlərini müsəlman adlandıran bu terroristlər ölənlərin başın kəsdikdən sonra yerli stadionda bir yerə toplayıblar. Lakin hansı Quran ayəsi və ya hansı hədisə əsasən ölmüş insanla belə davrandıqları bilinmir.
PS. Əsəbi zəif olanların ve 18 yaşdan kiçiklərin videoya baxması məsləhət görülmür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?