Türkiyənin məşhur teleserialı "Kurtlar Vadisi Pusu"nun yaradıcı heyətində dəyişiklik baş verib. Türkiyədə, eləcə də Azərbaycanda geniş izləyici kütləsi olan "Kurtlar Vadisi Pusu" teleserialının yeni mövsüm üçün yeni rejissoru müəyyənləşib.
"Pana Film"də Şaşmaz qardaşlarının yollarını ayırmasından sonra serialın da rejissoru heyətdən ayrılmışdı. Bir müddət öncə isə əvvəllər də serialda rejissorluq etmiş Sərdar Akarın gələcəyi deyilsə də, bu məlumat doğru çıxmayıb. Belə ki, Onur Tanın boş qalan yerinə Doğan Ümid Karaca adlı rejissor gələcək.
O, "Behzat Ç." serialının I və II mövsüm çəkilişlərində Sərdar Akarın köməkçisi olub. Hazırda Sərdar Akar isə serialın istehsal şirkəti olan "Pana film"də əsas rejissorluq kürsüsünə əyləşib. Onun burada başqa bir çəkiləcək başqa bir seriala diqqət ayıracağı bildirilir. Qeyd edək ki, Doğan Ümid Karaca "Çalıkuşu", "Son Yaz Balkanlar", "Kül ve Ateş", "Kasaba", Balkan Düğünü", "Elveda Rumeli" kimi serialların rejissorluğunu edib.
Sorğu
Yeni dizaynımız necədir?