GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Müğənni: Məni böyük məbləğlə əldə etmək istəyən kişilər var

Müğənni: Məni böyük məbləğlə əldə etmək istəyən kişilər var

Tarix: 18-07-2014, 21:36 Bölmə :Ölkə Baxış: 0
Müğənni: Məni böyük məbləğlə əldə etmək istəyən kişilər var


“Kişidir də, ona lazımdır ki, ehtirasını söndürsün”.

gundemxeber.az publika.az-a istinadla müğənni Afaq Aslanın müsahibəsini təqdim edir:

“Soyunub çəkdirdiyim fotolar yuxusunu ərşə çəkir”.

- Afaq, fotoqrafımızın qarşısında bax belə açıq-saçıq şəkillər çəkdirirsən… Qorxmursan ki, bu cəsarətli addımına görə həmkarlarının hücumuna məruz qalarsan?

- Artıq hücumlar başlanıb. Onları yandırıb-yaxan mənim cazibədarlığımdır. Bilirlər ki, mənim kimi gözəl bədən quruluşları yoxdur. Baxırsan ki, bədənləri piy qatlarından ibarətdir, buna görə də mənim soyunub çəkdirdiyim fotolar onların yuxusunu ərşə çəkir. Özü də bilirsən, təşviş içində olan hansı müğənnilərdir? Məndən yüz addım irəlidə olanlar. Bu saat onlar həyəcan içərisində qıvrılırlar ki, aman, Afaqın gözəlliyini görüb bizi unudacaqlar. Hətta başlayıblar bostanıma daş atmağa ki, onlara cavab verim, başlasınlar mənim hesabıma reklam olunmağa. Nəticəsi də bu oldu ki, aramızdan qara pişik keçdi, nəzərə gəldim və sevgilimlə aramızdan soyuq küləklər əsdi.

“Elə bir klip çəkdirəcəyəm, hamı şoka düşəcək”.

- Yəni deyirsən ki, səni qısqandıqları üçün belə edirlər. Şou-biznesdə olan xanımları başa düşdük, qısqanclıqdan səni baltalamağa çalışırlar ki, Afaq soyunmaqla gündəmə gəlir. Bəs sosial şəbəkə izləyiciləri necə, bu fotolarına görə səni qınayırlarmı?

- Qətiyyən. O qədər mənə yazanlar olub ki, Afaq, halal olsun sənə, cəsarətli qızsan. İstədiyin vaxt istədiyin pozalarda şəkillər çəkdirirsən, heç bir sərhəd tanımırsan. Hətta mən onlara cavab yazdım ki, darıxmayın, yaxın günlərdə elə bir klip çəkdirəcəyəm, hamı şoka düşəcək. Orda elə pozalarla rastlaşacaqsınız ki, şoka düşəksiniz.

“Soyunub çəkdirdiyim şəkillərə görə…”.

- Afaq hamını qoyaq bir qırağa, sevgilinin bu fotolara reaksiyası necə oldu? Yəqin, qısqanclıqdan dəli olub…

- Gizlətmirəm, sevgilim dəhşətli dərəcədə qısqancdır. Bu fotolar mənə baha başa gəldi. Soyunub çəkdirdiyim şəkillərə görə aramızda ayrılıq yaşandı.

- Yəni hazırda küsülüsünüz?

- Danışmırıq. Nə mənə zəng edir, nə də görüşürük. Açığı, buna görə depressiyaya da düşdüm. Bir müddət nə jurnalistlərlə görüşdüm, nə də müsahibə verdim. Sözün düzü, çox olub aramızda küsüb-barışmalar. Amma bu qədər uzun çəkməmişdi.

“Məni uzunmüddətli ayrılıqla cəzalandırır ki, ağlım başıma gəlsin”.

- Neçə vaxt keçib ki, üstündən?

- İki ay. Sevgilim o qədər kinli və tərsdir ki, öldür, addım atmaz. Dəfələrlə belə olub e, qısqanclıqlar üstündə aramızda inciklik olub, ayrılmışıq. Bu, onun cəza vasitəsidir, məni uzunmüddətli ayrılıqla cəzalandırır ki, ağlım başıma gəlsin. Axırda da məni şıltaqlığıma görə bağışlayır. Bilir ki, sevgilisi Afaq şıltaqdır və onu dəlicəsinə sevir.

- Qorxmursan bu ayrılıqdan istifadə edən xanım müğənnilər onu əlindən alar? Axı şou aləmdə kiminsə sevgilisini əlindən almaq, necə deyərlər, caynağına keçirmək dəb halını alıb.

- Bilirəm ki, şou-biznes müğənniləri arasında məni qısqanan və mənim yerimdə olmaq istəyən müğənni xanımlar çoxdur. Amma mən burdan onlara üzümü tutub demək istəyirəm ki, heç də əl-ayağa düşməyin. Heç bir müğənni xanım sevgilimə mənim yerimi verə bilməz. Heç Afaqın kəsilən dırnağı belə ola bilməzlər. Bilirəm əl-ayağa düşüblər, müxtəlif vasitələrlə sevgilimə yaxınlaşıb onu əlimdən almağa çalışırlar, amma faydası yoxdur.

“Sevgilimə qarmaq atmaq istəyənlər çox olub”.

- Yəni, ona bu qədər əminsən? Amma kişilərin xəmiri sıyıq olur ha, bunu da yaddan çıxarma…

- Mənim sevgilimə qarmaq atmaq istəyənlər çox olub indiyə qədər. Amma o, qarmağa düşən kişilərdən deyil. O müğənnilər sevgilimə bir gecəlik yataq üçün lazımdır. Sevgilimin hansısa gündəmdə olmayan bir müğənnini yatağından keçirməsi o demək deyil ki, məni atıb, onu tutub. O qadınlardan yeganə fərqim budur ki, mən sevgilimin həyatında bir gecəlik rol oynamıram. Mən onun yarısıyam. Ruh əkiziyik biz. Bizi bizdən ayırmaq olmaz. Bu, mümkünsüzdür.

- Axı küsülüsünüz, ayrısınız… Bəlkə, addımı sən atasan?

- Sözün düzü, bu dəfə günah məndə olub və bilirəm ki, addımı da birinci mən atmalıyam. Amma qürur imkan vermir axı. Söz yox ki, sevgidə qürur olmamalıdır, amma mən bu addımı ata bilmirəm. Gözləyirəm ki, bəlkə, hirsi soyuya və insafa gəlib barışa.

“Onun hər addımından xəbərim var”.

- Deməli, indi depressiyadasan, adətən, depressiyaya düşəndə neyləyirsən?

- Bəzən dəniz kənarına gedib saatlarla dalğalara baxıram. Özümə qapanıram, heç kimlə ünsiyyət qurmaq istəmirəm. Özü də tez ruhdan düşürəm, sənətdən demək olar ki, uzaqlaşıram, yaradıcılıqdan ayrı düşürəm. İndi bax, depressiyadaydım, amma bilirəm ki, səninlə söhbət edəndə ürəyim açılır, onun üçün razılıq verdim. Gəldik dəniz kənarına, fotolar çəkdirdik, danışdıq, dərdləşdik, yüngülləşdim. Nə gizlədim, onu çox sevirəm və itirməkdən də çox qorxuram. Elə onu çox sevdiyim üçün də depressiyaya düşürəm. Yoxsa ki, Afaqı hələm-hələm depressiyaya salmaq mümkün deyil.

- Ay Afaq, sən özün də, bildiyimə görə, çox qısqancsan, sevgilini gözündən qoymursan?

- Bir addımını da gözümdən qoymaram. Onun hər addımından xəbərim var.

“Hər qızın hünəri deyil axı sevgilimi əldə etsin”.

- Əməlli-başlı detektivsən ki… Mənbələrin də var yəqin?

- Oturduğum yerdə sevgilim haqqında elə məlumat alıram ki… Özü də tanımadığım adamlardan. Fikirləşirəm ki, bizi hər kəs izləyir və onun haqqında məlumatları mənə çatdırırlar. Çünki bizi ayrı görmək istəmirlər. Mənim barəmdə də məlumatları ona çatdırırlar. Bu yaxınlarda da belə bir məlumat əldə etdim ki, sevgilim bir xanımla hardasa… (gülür)

- Günahı kimdə gördün – sevgilində, yoxsa o xanımda?

- Vallah, mənim sevgilim o qədər yaraşıqlıdır ki, xanımları qınamağa dəyməz. O yaraşıq, o xarizma istənilən kişidə olsaydı, istənilən xanım onu əldə etmək istəyərdi. Hər qızın hünəri deyil axı sevgilmi əldə etsin.

“Kişi səni pulla əldə edirsə…”.

- Vallahi, zaman dəyişib, vaxt vardı kişilər qadını əldə etmək üçün dəridən-qabıqdan çıxardı, indi əksinə, xanımlar kişilərin arxasınca sürünür… Səncə, buna səbəb nədir?

- Ürəyimdən xəbər verdin, ay Cəvahir, de də bunu. Ümumiyyətlə, bəzi xanımlar – elə şou-biznes nümayəndələri arasında da var belələri – pul xatirinə çox vaxt özlərini belə kişilərin ayaqları altına atırlar. Fikirləşirlər ki, madam belə yaraşıqlı, üstəgəl də, pullu kişidirsə, niyə bir gecəlik yatağından keçməyək? Bu addımı atırlar və pul qazanırlar. Amma düşünmürlər ki, kişinin bir günlük yatağından keçənlər də elə onun həyatında da birgünlük olur. Həmin kişi səni pulla əldə edirsə, sənə əşya kimi baxacaq. Kişidir də, ona lazımdır ki, ehtirasını söndürsün. O qadınlar özləri də bunu bilirlər. Bilir ki, həmin kişiyə ehtirasını söndürmək üçün lazımdır.

“Ehtiras yataqda başlayıb, yataqda da bitir”.

- Qorxmursan o xanımların qəzəbinə gəlməkdən? Birdən sənə pislik edərlər?

- Mənə heç bir qadın bata bilməz. Lazım gəlsə, onlara qarşı elə bir addım ataram ki, bir də mən tərəfə baxmağa cəsarətləri çatmaz. Onlara bir kəlmə demək istəyirəm ki, bəsdir özünüzü kişilərə əşya kimi istifadə etdirdiniz. Qadın kişinin ürəyini yalnız sevgi ilə ala bilər, başqa heç nə ilə. Ehtiras yataqda başlayıb, yataqda da bitir. Sevgi qalır, çünki sevgi ruhla bağlı olan hissdir.

“Asanlıqla əldə olunan xanım deyiləm”.

- Afaq, elə sən də cazibədar, gözəl xanımsan, yəqin, səni də pulla əldə etmək istəyən kişilər az deyil?

- Məni böyük məbləğlə əldə etmək istəyən kişilər var, bunu danmıram. Ayaqlarımın altına milyonlar tökməyə hazır olanlar var. Bəlkə də, sən buna inanmayacaqsan, amma bu, faktdır. Digər xanım müğənnilərdən onunla fərqlənirəm ki, mən asanlıqla əldə olunan xanım deyiləm. Onlardan fərqli olaraq mənim qiymətim yoxdur. Qoy özləri də açıb qulaqlarını eşitsinlər, Afaqı hər xanım müğənni ilə dəyişik salmasınlar. Afaq heç vaxt pula satılmaz. Bunu mənim sevdiyim kişi də bilir. Elə buna görə də mənə dəyər verir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Afaq Aslan: “O müğənnilər sevgilimə bir gecəlik yataq üçün lazımdır”

    Afaq Aslan: “O müğənnilər sevgilimə bir gecəlik ...

    14-07-2014, 03:00

  • 
  • Afaq yenidən soyundu FOTOLAR

    Afaq yenidən soyundu FOTOLAR ...

    27-08-2018, 16:59

  • 
  • Afaq Aslan bu dəfə tamam soyundu (VİDEO 18+)

    Afaq Aslan bu dəfə tamam soyundu (VİDEO 18+) ...

    16-02-2017, 16:08

  • 
  • Afaq Aslan bu dəfə də... – Nəfəskəsən fotolar

    Afaq Aslan bu dəfə də... – Nəfəskəsən fotolar ...

    10-06-2019, 12:55

  • 
  • Pişik Günel: “Sənin mənim alt paltarımın içində nə işin var?” - Fotolar

    Pişik Günel: “Sənin mənim alt paltarımın içində ...

    15-12-2014, 21:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu