Nabran-Xudat yolunda ölümlə nəticələnən ağır yol qəzasının təfərrüvatı bəlli olub.
gundemxeber.az-ın məlumatına görə, Nabran istiqamətində gedən “Mercedes” markalı avtomobili idarə edən 47 yaşlı İbrahim Murad oğlu Xudayev ötmə əməliyyatını düzgün yerinə yetirmədiyindən əks istiqamətdə gələn Şakir Əhmədovun idarə etdiyi “Nissan Novarro” avtomobili ilə toqquşub.
Daha sonra “Mercedes” Nabran istiqamətində gedən Xaçmaz sakini 47 yaşlı Şirinbala Bazaraddin oğlu Həmikişiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Nəticədə İbrahim Murad oğlu Xudayev həlak olub. “Nissan Novarro” avtomobilində olan üç sərnişin xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Xacmaz Rayon Polis Şöbəsinin müstəntiqi Namiq Mirzəzadənin bildirdiyinə görə, qəza zamanı günah “Mercedes” markalı avtomobili idarə edən 47 yaşlı İbrahim Murad oğlu Xudayevdə olub. O sərxoş halda idarə etməklə yanaşı ötmə əməliyyatını da düzgün yerinə yetirməyib.
Faktla bağlı cinayət işi başlanıb.
20.28
Bu gün Xaçmaz rayonunun Xudat ərazisindəki 2-ci Şöbə adlanan yerdə, Nabran-Xudat yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, “Mercedes” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində “Mercedes”in sürücüsü həlak olub.
Xacmaz Rayon Polis Şöbəsinin müstəntiqi Namiq Mirzəzadənin bildirdiyinə görə, hazırda qəza törətmiş avtomobillərin sürücülərinin şəxsiyyəti araşdırılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?