GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Baxışın zəhərlənməsinə səbəb olan şeir – Təfərrüat

Eldar Baxışın zəhərlənməsinə səbəb olan şeir – Təfərrüat

Tarix: 19-07-2014, 14:00 Bölmə :Ölkə Baxış: 0
Eldar Baxışın zəhərlənməsinə səbəb olan şeir – Təfərrüat


Eldar Baxış 1996-cı il mayın 22-də dünyasını dəyişdi. Həkimlər bu qənaətə gəldi ki, şair zəhərlənib. 8 ay ölümlə əlbəyaxa oldu. Zalım Əzrayıl bacısının göz yaşlarına, anasının harayına, hələ o qədər də böyüməyən, sümükləri bərkiməyən 3 balanın çəkəcəyi iztiraba, uşaqların anasının aşkar və gizlin axıdacağı göz yaşlarına belə rəhm etmədi... Aldı və apardı şairi 48 yaşında.

Əvvəli burada

- Eldar müəllimə basqılar, təzyiqlər olub? Sizə də gileylənirdi?

- Çox olurdu və mənə bəzən danışardı. Bir şeiri var e, deyirdi, yazıçı var başına döyürlər, yazıçı var qələminə. Qələminə döyülən ölkədə yaşamaram. Çox arzusunda idi Türkiyədə yaşasın, orda yazıb-yaratsın.

- Bəs niyə gerçəkləşmədi o arzusu?

- O dövrdə bir az çətin idi. Ona görə də gerçəkləşmədi. Eldarı o vaxtlar çox izləyirdilər. O “Yeni Müsavat” qəzeti ilə müqavilə imzalamışdı. Hər nömrə Eldarın yazısı çıxacaqdı. Bir nömrədə də oktyabr hadisələri, metro partladılması haqda yazdı. “Millət qırılır. Qırılmalı olan adamlara isə heç nə olmur. Filankəsləri öldürün, niyə qara millətimi qırırsız? Bir şeir də yazdı. Mən ona çox yalvardım ki, Eldar, o şeiri dərc eləmə. Eşitmədi məni. Elə o şeirin də qurbanı oldu.

- O şeirdən yadınızda qalan var?..

- Yox. O şeir kitabda da yoxdur. O yazı formasında getmışdi.

- Siz həkimin “Eldar müəllimi ustalıqla zəhərləyiblər” dediyini demisiz. Bəlkə elə qidadan olub?

- Yox, qidadan deyildi. Özünə gələndə ondan bir müsahibə də götürmüşdüm. Danışıqlarını maqnitofona da yazdım. Dedi ki, biz Prezident Aparatının informasiya şöbəsinin işçiləri ilə oturmuşduq. Bizdən yan tərəfdə Fizulidən olan hansısa kolxoz sədri öz işçiləri ilə yeyib-içirdi. Yeyib-içmək qızışandan sonra onlar gəlib bizimlə bir oturdular. Və beləcə, məclis davam etdi.

Ondan yeməkləri, stola verilən çörəyi soruşdum ki, nə cür idi? “Stollar birləşəndən sonra gətirilən çörəklər balaca idi”, - dedi. Soruşdum ki, araq süzülüb gəlirdi, yoxsa şüşədəydi? Dedi, süzülüb gəlirdi. Dedim elə onda sənin evin yıxılıb. Bir də onu dedi ki, stolda hər şey boşalmışdı, bircə balıq var idi. O balığı da sonradan gətirib mənim nimçəmə qoymuşdular. Eldar dedi ki, ürəyim heç o tikəni götürmək istəmirdi. Neçə dəfə əlimi uzatdım götürəm, əlimi geri çəkdim. Deyir, gördüm, yox, ürəyim istəyir də, axı çox araq içmişdim.

Başını kötüyün üstə qoyub balta ilə vuracağıq

Onu çox təhdid edirdilər. Eldar bir dəfə özü mənə danışdı. Ona biri zəng eləyib deyib ki, qəssabam, insan qəssabı. Sənin başını kötüyün üstə qoyub balta ilə vuracağam. Əl çək bu tərsliklərindən. Deyir, o adama dedim ki, mən kişiyəm, gələrəm, başımı kötüyün üstə qoyaram, amma sən də gəl vur, görüm kimsən sən. Kişisən, özünü göstər. Mən bu başımı qurban eləyirəm millətimə. Telefonu asıblar, heç nə deməyiblər.

Anan namaz üstə deyil...

...Deyirdi ki, bir dəfə də zəng gəlib. İşin axırı imiş. Deyiblər ki, anan artıq namaz üstə deyil, bu sənin sonuncu addımlarındı. Eldar da deyib, kişisizsə, gəlin üzümə deyin ki, səni öldürməyə gəlmişik, bu tülkülük nədir? Eldara deyiblər, qapının ağzında zibilin yanına “limonka” (əl qumbarası. – F.B.) qoymuşuq. Səni partladacağıq. Tez Mövlud Süleymanlıya zəng elədim ki, bəs mənə belə zəng gəlib, düş aşağı, polisə də zəng eləmişəm. Polis gəlib həmin qumbaranı deyilən yerdən götürdü.

Sui-qəsd

...Eldar deyirdi ki, mənə bir dəfə də zəng olundu: “Bu gün sənin sonundu, - dedilər. Dedim ə, kişisiz, adamsız, gəlin də... İstəyirsiz özüm öldürüm özümü? Onsuz da canımdan bezən adamam. Mənə dedilər ki, sən görərsən, bu gün sənin sonundur. Eldar işdən çıxıb maşına minən andan bir yük maşını bunları izləyir. Hər dəfə imkan tapdıqca sıxır bunları. Ta ki Razinə qədər. Sonra yük maşını fürsət tapıb Eldar oturan tərəfdən “Jiquli”ni vurur. Eldarın qolu çiynindən sınır. Gətirmişdilər “Semaşko”ya. Sağaldı. Amma ondan əl çəkmirdilər.

- Ceyran xanım, bəs necə oldu axı Eldar müəllim həmin kafeyə getdi. İş yerindən, yaşadığı yerdən uzaq bir yerə...

- Neçə illik dostu var idi, İbrahim doktor. O, hələ də yaşayır. Həmin gün Eldarı o dəvət edib ora. Məndə hələ də şübhə var ki, onun da bu işdən xəbəri var imiş. İbrahim Eldarı gecə bizə gətirdi. Eldarın vəziyyəti çox pis idi. İbrahim doktor çaşqın idi. Qusdurduq Eldarı, qatıq verdik. Bir binada oluruq. Səhər açıldı, qızı gəldi dedi ki, bibi, atam yatıb, göm-göy göyərib, yuxudan ayılmayıb. Soruşdum ki, bəs atan işdə deyil? Sonra qaçdım yuxarı, getdik dilin çıxartdıq. Təcili yardım çağırdıq, apardıq xəstəxanaya. Xəstəxanada dedilər Eldar müəllim üç gün yat, bədəninə maye köçürdək. Özünə gələcəksən. Onlar da elə başa düşüb ki, qidadan zəhərlənib. Eldar qalmadı xəstəxanada. Dedi, məni bacım məni xəstə eləyir, heç nəyim yoxdu.

Bir dənə sistem köçürtdülər. Həkim dedi ki, suya şəkər töküb, limon sıxıb içsin. Yoldan 10-15 dənə limon aldım ki, bunu qoy kabinetə, istifadə elə.

Eldar, elə yazılar yazma

Anam yaylığını Eldarın ayaqları altına atdı: “Yazma, Eldar, elə yazılar yazma... Məni oğulsuz qoyma. Gözümün işığı sənsən”.

Eldar o qədər arıqlamışdı ki, qucağıma ala bilirdim. Mənə bir gün dedi ki, yaxın otur, sənə sözüm var. Oturdum. Dedi, səndən bir xahişim var, atamızın goruna and verirəm, onu edərsən. Dedim, sözünü de. Dedi, mən öləndə Xırdalanda basdırarsan...

Ceyran xanımın dəsmalı göz yaşından islanıb. Çantasından yenisini çıxarır. Yanaqları boyu axan yaşı qurudur. Ürəyinə axanları quruda bilməz ki, deyə düşünürəm və soruşuram:

- Niyə Xırdalan?

- Mən də soruşdum Eldardan. Dedi ki, Xırdalan qəbiristanlığı Qubadlı daglarına oxşayır. Məni bax orda, lap hündürdə basdırarsan, amma müvəqqəti, torpağa amanat verərsən. Qubadlı alınanda apararsan kəndimizə... Elə ondan iki üç gün sonra dili tutuldu. Danışa bilmirdi. Getdim dediyi qəbiristanlığa. Gəzdim, ən hündür, qayalığı çox olan bir yer tapdım. Gəldim yanına. Baxışları ilə soruşurdu, nə oldu? Son günləri idi. Dedim ki, sən deyəni edəcəyəm. Yer də tapmışam. Mənə “qardaşım” dedi...

Əbülfəz Elçibəy Kələkidə olanda Bayramov soyadlı bir qadın göndərmişdi. Dedi ki, həkimlərlə danışmışıq, təyyarə ilə də. Eldarı aparırıq Türkiyəyə müalicəyə. Qadını çağırıb Eldarı göstərdim. Gecdir, dedim. Gərək 7-8 ay qabaq edəydiz bunu...

Onun başı həmişə qalmaqalda oldu. Basqı gördü. 1982-ci ildə “Balıq ölüm” poemasına görə başı o qədər ağrıdı ki! Yazırdı ki, CAR hökuməti var, amma Azərbaycan hökuməti yoxdur...

Eldar 1985-ci ildə “İşıq” şeirini yazmışdı. Ölümündən sonra arxivində işləyəndə bildim. Yazıb, dərc etdirə bilmədiyi şeirləri çox idi. Daha qoymadım ki, arxivində bir dənə yazısı qala, hamısını çap elətdirdim.

Ceyran xanımı qardaşlı günlərindən ayırmaq çətindir. Kim bilir bəlkə də ürəyində hər gün bizə danışdıqlarını özü-özünə nəql edib, gözləri önünə gətirir.

Balayana görə Eldarı öldürmək istəyi

- “Xatirə dəftəri” dediz. Onunla bağlı xatirələr tükənməz. Onun bir xatirəsini də danışım sizə. Demək, bir gün Qazaxa getmişdi. Qayıdanda mənə zəng elədi ki, Ceyran, bu gün sərhəddən gəlmişəm, mən indi bildim sən nə çəkirsən. Dedim nə oldu ki? Sənə kim dedi ki, sərhədə gedəsən, üstünə avtomat çəkələr. Güldü: - Sən semə, “Zori Balayana açıq məktub” şeirim ermənilərin arasında da məşhur imiş.

Demək, Qazaxın icra başçısı, Eldar, bir də köməkçisi gediblər sərhəddə erməni əsgərləri ilə görüşüblər. Deyir ki, erməni əsgərlərilə qaynaşdıq. Onlar deyib ki, sizin bir şair var, Eldar Baxış. O, şeirində bizim milli liderimizi təhqir eləyib, əlimizə düşsə, onu tikə-tikə edəcəyik. Deyir, dedim ki, qoy gedim Bakıya, o Eldar Baxışla danışaram.

Gorusa getmək istədi

Bir dəfə də Qubadlıya gəlmişdi. Ermənilərlə görüş olacaqdı. Gorusun rəhbərləri ilə. İstəmirdim ki, Eldar getsin. Humanist adam idi. Amma saxlaya bilmədim. Bunlar gedəndə ürəyimlə bacarmadım, mən də getdim. Dedim, neytral zonada dayanın. Eldarı qabağa qoymayın. Bu vaxtı da ermənilərin kombriqi, polis rəisi və bir neçə də əlavə adamları gəldi. Nə isə, görüşdük, danışdıq ki, atışma 3 gün dayansın. Eldar Gorusun polis rəisiylə dostlaşdı. Ona dedi ki, mən sənə kişi sözü verirəm, mindirirəm səni maşına, aparıram Dagüstü parka. Qonaqlıq verirəm, sonra da səni gətirərəm bura. İndi də sən kişi sözü ver, mən getmək istəyirəm Gorusa. Məni apar Gorusa, çay içək, qayıdaq. Rəis başın aşağı saldı. Dedim, Eldar, adam özündən arxayın deyil. Rəis utana-utana dedi:

- Mən söz verə bilmərəm. Sizin millət sizin sözünüzdən çıxmaz...

Eldar şaqqanaq çəkib dedi:

- Adə, kişi olun e... heç bizim kimi millətlə də düşmənçilik etmək olar?

Ceyran xanımla söhbətimiz çox oldu. Sağollaşdıq. Onu qardaşı ilə, heç vaxt yaddan çıxmayacaq xatirələri ilə baş-başa qoydum...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov üzə çıxdı

    Eldar Mahmudov üzə çıxdı ...

    26-10-2015, 17:39

  • 
  • Xalq artisti dayanacaqda dünyasını dəyişdi...

    Xalq artisti dayanacaqda dünyasını dəyişdi... ...

    18-09-2014, 02:22

  • 
  • Eldar Namazov Mahmud Məmməd-Quliyevlə görüşündən danışdı

    Eldar Namazov Mahmud Məmməd-Quliyevlə görüşündən ...

    5-07-2013, 02:16

  • 
  • Anasını itirən Tünzalə üsyan etdi: Mənə o qədər bəddua etdilər ki - VİDEO

    Anasını itirən Tünzalə üsyan etdi: Mənə o qədər ...

    12-10-2018, 11:34

  • 
  • "Hər gün soyunurdum, pul qarşılığında..." - Canlı Yayımda göz yaşlarına boğuldu

    "Hər gün soyunurdum, pul ...

    11-04-2019, 14:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu