Bu gün səhər 7 radələrində Dağlıq Qarabağda döyüş postunda 1 erməni əsgəri güllə yarası alaraq ölüb.
gundemxeber.az xəbər verir ki, bu barədə məlumatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın mətbuat xidməti yayıb. Yayılan məlumatda ölən əsgərin 1994-cü il təvəllüdlü Gevork Avakyan olduğu bildirilib.
Qondarma “Dağlıq Qarabağ Respublikası” separatçı rejiminin mətbuat xidməti əsgərin ölümünün aydınlaşdırılması ilə bağlı cinayət işinin açıldığını bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?