Quba rayonunda daha bir məmur özbaşınalığı haqda gundemxeber.az-a ilginc məlumat daxil olub. Bu dəfə məlumatlar "Quba-Nəqliyyat” Açıq Tipli Səhmdar Cəmiyyətinin hal-hazırki sədri, Bakı şəhəri S.Vurğun küçəsi ev 1, mənzil 13-ün sakini Əliyev Arif Məmmədoğlunun özbaşınalıqları, vəzifəsindən sui-istifadə edərək ASC-nin əmlakını sataraq külli məbləğdə sərmayəni mənimsəməsi ilə bağlıdır. Onu da bildirək ki, müxtəlif instansiyalara, dövlət orqanlarına çoxsaylı müraciətlərimizə, A.Əliyevin korrupsioner əməlləri barədə tutarlı faktlara istinadən dürüst məlumatlarımıza baxmayaraq, A.Əliyevbarədə heç bir ciddi tədbir görülməmiş, bu səbəbdəndə A.Əliyev bəd əməllərinə son qoymamış və bu gün də qanunsuz əməllərini hələ də davam etdirməkdədir. "Quba-Nəqliyyat” ASC-nin üzvləri baş verənlrlə bağlı cumhuriyyet.az-ın əməkdaşına bunları deyib: "Bu korrupsionerin ASC-nin sonuncu zəhmətkeş, qanuni üzvlərinin halal əmlakını, səhmlərini mənimsəyərək satması, qeyri-qanuni yollarla varlanması bir həqiqətdir ki, bunu qərəzsiz, obyektiv keçiriləcək araşdırmanəticəsində sübut etmək mümkündür. Belə ki, burada təkcə bizim hüquqlarımız pozulmur, təkcə bizim əmlak-səhmlərimiz A.Əliyev tərəfindən mənimsənilmir, həm də bizim kimi 100-dən artıq səhmdarın hüququ kobudcasına A.Əliyev tərəfindən pozulmuş, səhmlərdən ibarət əmlakları mənimsənilmişdir”. Bütün bunlardan başqa cumhuriyyet.az etibarlı mənbənin məlumatları əsasında apardığı araşdırmalar zamanı ilginc faktları üzə çıxarıb. Belə ki, A.Əliyev ATC-də avtomobillərin təmiri üçün inşa edilmiş "Modul” adlanan, metaldan quraşdırılmış 30.000 (otuz min) manat dəyərində təmir sexini, 60.000 ( altımış min) manat dəyərində mağazaları, əlvan metaldan inşa edilmiş 20.000 ( iyirmi min) manat dəyərində anbarları, 20.000 (iyirmi min) manat dəyərində iki mərtəbəli inzibati binanı, 70.000 (yetmiş min) manat dəyərində 17 ədəd "İkarus” markalı sərnişin avtomaşınlarını və yük qarajında olan 80.000 (səksən min) manat dəyərində tikililəri vədaşınar əmlakı talama yolu ilə mənimsəyərək "Quba-Nəqliyyat” ASC üzvlərinə külli miqdarda zərər vurmuşdur. "Quba-Nəqliyyat” ASC-nin üzvləri deyir: "ASC-nin əsas səhm paketlərinin sahiblərinin bizim olduğumuza baxmayaraq, Arif Əliyev və oğlu Kamran Əliyev bizim razılığımızıalmamış, bizə məlumat verməmiş və saxtaprotokollar tərtib edərək, qanunsuz saxtaalqı-satqı müqavilələri tərtibetməklə səhmdarlara məxsus mağazaları və yuxarıda sadalanan əmlakı sataraq əldə edilən pul vəsaitlərini mənimsəmiş, bununla da bizə, digər səhmdarlara külli miqdarda 280.000(iki yüz səksən min) manat zərər vurmuşlar”. "Quba-Nəqliyyat” ATSC-nin sədri A.Əliyevinsaxta protokola əsasənsatdığı obyektlər barəsində olan 30.09.2007-ci iltarixli protokol, 1 sentyabr 2011-ci il tarixli, 18 oktyabr 2011-ci il tarixli, 27 dekabr 2011-ci il tarixli, 2 iyul 2013-cü il tarixli alqı-satqı müqavilələrinin ləğv edilməsi və səhmdarların pozulmuş hüquqlarımızın bərpası barədə Baş prokurorluğa şikayət edilib və adıçəkilən məmur haqda cinayətişinin başlanması mümkündür. Mövzunu diqqətdə saxlayacağıq...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?