Ermənistan silahlı qüvvələri cəbhə xətti boyunca atəşkəsi pozmaqdadavam edir. Düşmən əsgərlərinin hədəfində isə əsasən, dinc sakinlərdir. Teleqraf.com-un Qarabağ bölgəsi üzrə əməkdaşının verdiyi xəbərə görə, ermənilərin Tərtərin Çaylı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində dinc sakin vurulub. Həmin şəxs1974-cü il təvəllüdlü Tərtər şəhər sakini Mübarizdir. Mübariz dünən Tərtərçayda balıq tutmaq üçün çay vadisində gedib. Onun ermənilər tərəfindən vurulmasını isə bu gün səhər saatlarına su açmağa gedən kənd sakinləri aşkar edib. Meyiti çıxarmaq üçün hadisə yerinə gedən şəxslər erməni snayperlərinin atəşi ilə qarşılaşıblar. Teleqraf.com-un xəbərinə görə, vurulan şəxsin cəsədini yalnız bu gün axşam saatlarında çıxarmaq mümkün olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?