Ötən gün Suraxanı rayon icra hakimiyyetinin şöbə müdiri vəfat edib. Bu barədə icra hakimiyyətinin əməkdaşı Orxan Zamanov ANS PRESS-ə məlumat verib.
Onun verdiyi məlumata görə, icra hakimiyyətinn ərazi idarə etmə şöbəsinin müdiri Pənah İbrahim oğlu Səfərov dünən axşam saatlarında vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.
“Əvvəldən ürəyində problemlər vardı. Müalicə alırdı. Çox təəssüf ki, heç bir nəticə olmadı”, - deyə Orxan Zamanov bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?